Tarix:20/09/12
ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub. Xidmətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək: «Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir.
Bununla yanaşı, ƏƏSMN-ın «Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə» 2012-ci il 15 may tarixli 11/7-37 nömrəli əmrinə əsasən, ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir.
Bununla bağlı olaraq, Xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 64-ü artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir.
Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir».
SEYMUR
Əhalinin sosial müdafiəsi mərkəzlərindən 64-ü artıq elektron imza sertifikatı ilə təmin edilib
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanının 3.1.-ci bəndinin icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır.ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub. Xidmətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək: «Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir.
Bununla yanaşı, ƏƏSMN-ın «Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə» 2012-ci il 15 may tarixli 11/7-37 nömrəli əmrinə əsasən, ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir.
Bununla bağlı olaraq, Xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 64-ü artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir.
Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir».
SEYMUR
Baxış sayı: 922
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet