Tarix:21/09/12
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti “Android” ƏS-nin yaradılmasından sonra “Open Handset Alliance” (OHA) ittifaqının yaradılmasına təşəbbüs etdi. Bu ittifaq hazırda da platformanın dəstəklənməsi və sonrakı inkişafı ilə məşğul olur. 2012-ci ilin ikinci rübünə olan məlumata əsasən, “Android” platformasının smartfon bazarında payı 64,1 faiz təşkil edir və o liderdir. 2012-ci il ikinci rübün nəticəsinə görə dünyada təxminən 104,8 milyon belə smartfon satılıb.
“Android” platforması ilə işləyən birinci qurğu “HTC” şirkətinin istehsalı olan “HTC Dream” smartfonu olub. O, 2008-ci il sentyabrın 23-də təqdim edildi. Planşetlər üçün nəzərdə tutulmuş “Android 3.0 Honeycomb”-in çıxarılması ilə əlaqədar bir çox istehsalçılar bu platforma ilə işləyən planşet istehsal etmək niyyəti haqqında elan etdilər.
“Android” ƏS-ni smartfon və planşetlərdən savayı, digər qurğulara da quraşdırırlar. Belə ki, 2009-cu ilin sonunda satışa “Android” platforması ilə işləyən birinci fotoçərçivə çıxarıldı. 2011-ci ilin iyununda İtaliyanın “Blue Sky” şirkəti “Android” ƏS-i ilə işləyən “i'mWatch” adlı intellektual ələ taxılan saat istehsalını elan etdi. 2012-ci ilin avqustunda “Nikon” dünyada bu platforma ilə işləyən birinci fotokamera təqdim edib.
EMİL
“Android” platformasının 4 yaşı tamam oldu
“Google” şirkəti bu həftənin bazar günü “Android” əməliyyat sisteminin (ƏS) dördüncü ad gününü qeyd edəcək; məhsulun birinci sabit versiyası 2008-ci il sentyabrın 23-də işıq üzü görüb. Məlumat üçün bildirək ki, bu ƏS-i ilk əvvəl “Android Inc” şirkəti tərəfindən yaradılıb. Daha sonra bu şirkət “Google” tərəfindən satın alınıb. “Android” şirkətinin əsası 2004-cü ilin oktyabrında Riçard Miner, Endi Rubin, Nik Sirs və Kris Uayt tərəfindən qoyulmuşdu. Endi Rubin hazırda “Google”-da “Android” hazırlamalarına rəhbərlik edir.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti “Android” ƏS-nin yaradılmasından sonra “Open Handset Alliance” (OHA) ittifaqının yaradılmasına təşəbbüs etdi. Bu ittifaq hazırda da platformanın dəstəklənməsi və sonrakı inkişafı ilə məşğul olur. 2012-ci ilin ikinci rübünə olan məlumata əsasən, “Android” platformasının smartfon bazarında payı 64,1 faiz təşkil edir və o liderdir. 2012-ci il ikinci rübün nəticəsinə görə dünyada təxminən 104,8 milyon belə smartfon satılıb.
“Android” platforması ilə işləyən birinci qurğu “HTC” şirkətinin istehsalı olan “HTC Dream” smartfonu olub. O, 2008-ci il sentyabrın 23-də təqdim edildi. Planşetlər üçün nəzərdə tutulmuş “Android 3.0 Honeycomb”-in çıxarılması ilə əlaqədar bir çox istehsalçılar bu platforma ilə işləyən planşet istehsal etmək niyyəti haqqında elan etdilər.
“Android” ƏS-ni smartfon və planşetlərdən savayı, digər qurğulara da quraşdırırlar. Belə ki, 2009-cu ilin sonunda satışa “Android” platforması ilə işləyən birinci fotoçərçivə çıxarıldı. 2011-ci ilin iyununda İtaliyanın “Blue Sky” şirkəti “Android” ƏS-i ilə işləyən “i'mWatch” adlı intellektual ələ taxılan saat istehsalını elan etdi. 2012-ci ilin avqustunda “Nikon” dünyada bu platforma ilə işləyən birinci fotokamera təqdim edib.
EMİL
Baxış sayı: 791
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)