Tarix:21/09/12
O vaxtdan etibarən Azərbaycan ilə Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlayıb. Bu münasibətlərin davamı olaraq, Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq.
Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir. Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, “İrəli” ictimai birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və “Böyuk İpək Yolu” beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.
HƏQİQƏT
Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Azərbaycana səfər edəcək
Afrika İttifaqı ilə inkişaf edən əlaqələrimizin tərkib hissəsi kimi, oktyabr ayında Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Jan Piyer Onvehun Ezin Azərbaycana səfər edəcək. ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Azərbaycan 2011-ci ildən etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu əldə edib.O vaxtdan etibarən Azərbaycan ilə Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlayıb. Bu münasibətlərin davamı olaraq, Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq.
Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir. Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, “İrəli” ictimai birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və “Böyuk İpək Yolu” beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.
HƏQİQƏT
Baxış sayı: 1017
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet