12px13px15px17px
Tarix:24/09/12

Bakı Dövlət Universitetində Avtomatik Meteoroloji Stansiya quraşdırılıb

Bakı Dövlət Universitetinin ərazisində universitet rəhbərliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin birgə səyləri nəticəsində meteoroloji müşahidə məntəqəsi yaradılıb. Məntəqədə hava elementləri üzərində müşahidələr yerinə yetirmək üçün müxtəlif cihazlar - yağıntı ölçən, flyuger, termometrlər və s. quraşdırılıb. 

Cari ilin sentyabr ayında meteoroloji müşahidə məntəqəsində müasir tələblərə cavab verən Avtomatik Meteoroloji Stansiya istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin məlumatında deyilir. Bu stansiyanı ABŞ-ın Corciya Universiteti NATO ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinə hədiyyə edib.

Məntəqədə universitet alimləri və tələbələri tərəfindən mütəmadi olaraq müşahidələr aparılır və müşahidələrin nəticələri Milli Hidrometeorologiya Departamentinə ötürülür. “Universitet” meteoroloji müşahidə məntəqəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alan tələbələr təcrübə keçir və nəzəri biliklərini möhkəmləndirirlər.


CAHANGİR




Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024