Tarix:24/09/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, artıq müsabiqənin keçirilməsi haqqında təhsil naziri Misir Mərdanovun müvafiq əmri verilib. Əmrə əsasən, ümumi təhsil müəssisələrinin direktorlarına “Kiçik Akademiyalar”ın fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlərin görülməsi tapşırılıb. Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin möhkəmləndirilməsinin təmin edilməsi də gündəmdədir.
Bundan başqa, bir ay müddətində şagirdlərin tədqiqat mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsi və “sabahinalimleri.edu.az” saytında onlayn rejimində qeydiyyatdan keçirilməsi təmin edilməlidir. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universitetinə (A.Məhərrəmov), Sumqayıt Dövlət Universitetinə (N.Qəhrəmanov) və Qafqaz Universitetinə (Ahmet Saniç) tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılıb.
Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri, müsabiqənin direktoru G.Hüseynova müsabiqənin yüksək səviyyədə keçirilməsini, eləcə də müsabiqənin Təlim Akademiyasının təşkilini və treninqlərin keçirilməsini təmin etməli, Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlayıb təsdiqə təqdim etməlidir. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi isə (S.Məmmədov) müsabiqəyə texniki dəstəyin (müvafiq elektron xidmətlərin) göstərilməsini təmin edəcək. Əmrin icrasına nəzarəti Misir Mərdanov öz üzərinə götürüb.
Qeyd edək ki, “Sabahın alimləri” II Respublika müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də “Mədəd Azərbaycan” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.
HƏQİQƏT
Bakıda “İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi” çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək
Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib “İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi”nə (ABŞ) göndərilməsini təmin etmək məqsədi ilə 2013-cü il 8-9 fevral tarixlərində Bakı şəhərində “İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi” çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək.“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, artıq müsabiqənin keçirilməsi haqqında təhsil naziri Misir Mərdanovun müvafiq əmri verilib. Əmrə əsasən, ümumi təhsil müəssisələrinin direktorlarına “Kiçik Akademiyalar”ın fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlərin görülməsi tapşırılıb. Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin möhkəmləndirilməsinin təmin edilməsi də gündəmdədir.
Bundan başqa, bir ay müddətində şagirdlərin tədqiqat mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsi və “sabahinalimleri.edu.az” saytında onlayn rejimində qeydiyyatdan keçirilməsi təmin edilməlidir. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universitetinə (A.Məhərrəmov), Sumqayıt Dövlət Universitetinə (N.Qəhrəmanov) və Qafqaz Universitetinə (Ahmet Saniç) tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılıb.
Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri, müsabiqənin direktoru G.Hüseynova müsabiqənin yüksək səviyyədə keçirilməsini, eləcə də müsabiqənin Təlim Akademiyasının təşkilini və treninqlərin keçirilməsini təmin etməli, Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlayıb təsdiqə təqdim etməlidir. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi isə (S.Məmmədov) müsabiqəyə texniki dəstəyin (müvafiq elektron xidmətlərin) göstərilməsini təmin edəcək. Əmrin icrasına nəzarəti Misir Mərdanov öz üzərinə götürüb.
Qeyd edək ki, “Sabahın alimləri” II Respublika müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də “Mədəd Azərbaycan” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.
HƏQİQƏT
Baxış sayı: 1562
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet