12px13px15px17px
Tarix:25/09/12

Diplomların tanınması ilə bağlı prosedurun sadələşdirilməsi üçün Təhsil Nazirliyində xüsusi proqram təminatı hazırlanır

Növbəti ildən xarici ölkələrdə ali təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı prosedurun sadələşdirilməsi üçün Təhsil Nazirliyində xüsusi proqram təminatı hazırlanır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədov məlumat verib. TSİİ rəisi proqramın cari ilin sonuna qədər istifadəyə veriləcəyini bildirib: “Bu xidmətin tətbiqi nəticəsində diplomunu təsdiqlətmək istəyənlərin işi xeyli asanlaşacaq.

Proqram istifadəyə verildikdən sonra xarici ölkədə təhsil almış şəxs diplomunu nostrifikasiya etdirmək üçün sənədlərini ilkin olaraq, elektron formada - skaynerdən keçirəcək və internet vasitəsilə nazirliyə təqdim edəcək. Sənədlər tam təsdiqləndikdən sonra onu yalnız bir dəfə nazirliyə gətirəcək və sənədə möhür vurulacaq. Bununla da müraciət edən şəxs sənədlərini təsdiqləyəcək”.





 
HƏQİQƏT
 




Baxış sayı: 1737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024