Tarix:26/09/12
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, əgər hər şey nəzərdə tutulmuş plan üzrə getsə, o zaman avstraliyalı heliumla doldurulmuş xüsusi kürədə 36 km hündürlüyə qalxacaq, yerləşdiyi xüsusi kapsulun qapısını açacaq və tullanışı həyata keçirəcək. Beləliklə, o, təxminən yarım əsrlik rekordu yeniləmək niyyətindədir.
Baumhartner öz son tullanışını iyulun 25-də həyata keçirib və kapsul 29 km hündürlükdən tullanış həyata keçirilərkən ciddi zədələnib. Buna görə o, cari tullanışı oktyabradək təxirə salmalı olub. Cari tullanışın sponsoru əvvəlki kimi “Red Bull” içkisinin istehsalçısıdır.
Məlumat üçün qeyd edək ki, hazırkı rekord (31333 metr) 1960-cı ildə ABŞ-ın Hərbi Hava Qüvvələrinin kapitanı Co Kittincer tərəfindən təyin edilib. Yeri gəlmişkən bildirək ki, o, hazırda avstraliyalıya kömək edir.
EMİL
Avstraliyalı paraşütçü 36,5 kilometr hündürlükdən tullanmağa cəhd edəcək
Məşhur avstraliyalı paraşütçü Feliks Baumhartner oktyabrın 8-də 36,5 kilometr hündürlükdən tullanış həyata keçirməyi planlaşdırır.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, əgər hər şey nəzərdə tutulmuş plan üzrə getsə, o zaman avstraliyalı heliumla doldurulmuş xüsusi kürədə 36 km hündürlüyə qalxacaq, yerləşdiyi xüsusi kapsulun qapısını açacaq və tullanışı həyata keçirəcək. Beləliklə, o, təxminən yarım əsrlik rekordu yeniləmək niyyətindədir.
Baumhartner öz son tullanışını iyulun 25-də həyata keçirib və kapsul 29 km hündürlükdən tullanış həyata keçirilərkən ciddi zədələnib. Buna görə o, cari tullanışı oktyabradək təxirə salmalı olub. Cari tullanışın sponsoru əvvəlki kimi “Red Bull” içkisinin istehsalçısıdır.
Məlumat üçün qeyd edək ki, hazırkı rekord (31333 metr) 1960-cı ildə ABŞ-ın Hərbi Hava Qüvvələrinin kapitanı Co Kittincer tərəfindən təyin edilib. Yeri gəlmişkən bildirək ki, o, hazırda avstraliyalıya kömək edir.
EMİL
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet