12px13px15px17px
Tarix:26/09/12

İstedadlı gənclər üçün proqramlaşdırma üzrə distant olimpiada başlayır

İstedadlı gənclər üçün bu tədris ilində proqramlaşdırma üzrə distant - məsafədən təşkil olunan olimpiada başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.e-olimp.com/” saytının rəhbərliyindən məlumat verilib. Saytdan bildirilib ki, 2012-2013-cü illər üzrə  “II Açıq Distant Olimpiada” Ukraynanın Jitomir Vilayət Təhsil İdarəsi, İvan Franko adına Jitomir Dövlət Universiteti, Jitomir Vilayət Təhsil İşçilərinin Diplomdansonrakı Hazırlığı İnstitutu tərəfindən təşkil olunur.

Olimpiada məktəblilərin proqramlaşdırma üzrə bacarıqlarının üzə çıxarılması və təkmilləşdirilməsi məqsədilə məsafədən olimpiadaların təşkili üçün nəzərdə tutulmuş “http://www.e-olimp.com/” internet portalında həyata keçiriləcək. Digər ölkələrdən olan iştirakçılara məhdudiyyətlərin qoyulmadığını vurğulayan Təşkilat Komitəsindən bildirilib ki, “II Açıq Distant Olimpiada”da arzu edən hər kəs iştirak edə bilər. Belə ki, olimpiadada Jitomir vilayətindən yalnız məktəblilər iştirak edə bilərlərsə, digər vilayət və ölkələrdən olan tələbələr, müəllimlər, eləcə də şagirdlər burada müsabiqədənkənar iştirak hüququ qazanırlar.

İki mərhələdə keçiriləcək olimpiadanın birinci mərhələsi internet vasitəsilə qiyabi formada aparılacaq ki, burada da bütün arzu edənlərin iştirakı təmin olunacaq. Yekun mərhələnin də qiyabi aparılması nəzərdə tutulub. Amma bu mərhələ dəqiq vaxt çərçivəsində  qapalı qrupda yalnız Jitomir vilayətinin məktəbliləri üçün aparılacaq. İlk mərhələ cari ilin oktyabrın 1-dən 2013-cü ilin 10 yanvarına qədər davam edəcək. Burada iştirakçılara 10-15 tapşırıq təqdim olunacaq. Tapşırıqların həllini onların nəşrindən turun sonuna qədər istənilən vaxt Təşkilat Komitəsinə təqdim etmək  mümkündür. İkinci mərhələ isə 2013-cü ilin 10 yanvarından 15 yanvarına qədər davam edəcək.

Bu mərhələdə iştirakçılara 5 saat ərzində 3-5 tapşırıq təqdim olunacaq. Qeyd edək ki, mərhələlərin təxmini müəyyənləşən hazırkı tarixlərində düzəlişlər barədə saytda əlavə məlumat veriləcək. Hər iki qiyabi mərhələnin nəticələri əsasında ІІІ Ukrayna Olimpiadasının əyani mərhələsində iştirak edəcək şagirdlər müəyyənləşəcək. Bu mərhələ 2013-cü ilin əvvəlində Jitomir Vilayət Təhsil İdarəsi ilə razılaşdırılmış tarixdə Jitomir vilayətində təşkil olunacaq.

Qeyd edək ki, turda iştirak etmək üçün olimpiadanın təşkil olunduğu saytda qeydiyyatdan keçmək lazımdır. Bundan sonra iştirakçılara tapşırıqların həlli üçün “II Açıq Distant Olimpiada”nın səhifəsinə giriş mümkün olacaq. Qeydiyyat zamanı ad, familiya, ad günü tarixi, sinif və təhsil müəssisəsi, elektron ünvan haqqında həqiqi məlumatlar verilməlidir. Tapşırıqlara gəlincə, onların həllini yekunlaşdıran iştirakçı tapşırıqları avtomatik yoxlamadan da keçirə bilər. Avtomatik rejimdə aparılan yoxlama Münsiflər Heyəti tərəfindən əvvəlcədən toplanmış test bazası əsasında həyata keçiriləcək.

Tapşırıqların həlli zamanı uyğun proqramlaşdırma dilindən istifadə edilməlidir. Hazırda olimpiadanın təşkili müddətində hələlik “Delphi 7.0”, “Free Pascal 4.2.2”, “JDK 1.6”, “GNU C++”, “Visual C++ 6.0”, “Visual C++ 9.0”, “Microsoft Visual Studio C++ 10.0” kimi kompilyatorlar dəstəklənsə də, Münsiflər Heyəti proqramlaşdırma dillərinin sırasının genişləndiriləcəyini, o cümlədən hazırkı kompilyatorların son versiyalarının yenilənəcəyini qeyd edir. Yaranan hər hansı suallarla bağlı Təşkilat Komitəsinə “lisogor_@ukr.net” ünvanı vasitəsilə müraciət etmək olar.  


HƏQİQƏT




Baxış sayı: 1082

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2019

17/01/19
Kompüter oyunları üçün ilk taktiki monitor təqdim edilib

“Gigabyte” şirkəti dünyada ilk “Aorus AD27QD” taktiki monitorunu təqdim edib.

17/01/19
Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları 

17/01/19
Hindistan kiberhücumlarla mübarizə üzrə agentlik yaradacaq

Hindistan Silahlı Qüvvələri kiberməkanda təhdidlərlə mübarizə üçün agentlik yaradacaq. Bu haqda Hindistan 

17/01/19
Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 

17/01/19
Ən ekstremal şərait üçün modulyar smartfon təqdim olunub

Çinin “Doogee” şirkəti tərəfindən təqdim edilmiş “S90” adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə 

17/01/19
Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı 

17/01/19
Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 

16 01 2019

16/01/19
Çində yeni rütubətkeçirməz lif hazırlayıblar

Çin alimləri suyun çox sürətli buxarlanması və quruması qabiliyyəti ilə xarakterizə olunan rütubətkeçirməz 

16/01/19
Dünyada “havadan” əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib

İsrailin “Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək

16/01/19
İnsanları salamlayan kürəşəkilli robot yaradılıb

İsrailin Herzliya Fənlərarası Mərkəzi və ABŞ-ın Kornell Universitetinin tədqiqatçılar qrupu məhdud 

16/01/19
Şirkətlər “Əşyalar interneti”nin təhlükəsizliyi üçün blokçeyn texnologiyasından 2 dəfə çox istifadə etməyə başlayıblar

Mobil telefon və kredit kartları üçün çip istehsalçısı “Gemalto” şirkətinin araşdırmasına görə, 2018-c

16/01/19
Nazir Ramin Quluzadənin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin

16/01/19
Yeni “Hisense” televizorları nümayiş olunub

Çinin “Hisense” dövlət şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilmiş “CES 2019” beynəlxalq 

16/01/19
“Samsung” şirkəti Yaponiya aeroportunda “5G” şəbəkəsində 4K formatında videorabitə nümayiş etdirib

“Samsung Electronics” şirkəti və Yaponiyanın “KDDI” operatoru Yaponiyanın paytaxtı Tokio şəhərində 

16/01/19
“Facebook” xəbər jurnalistikasının inkişafına 300 milyon dollar investisiya yatıracaq

Eyniadlı sosial şəbəkə sahibi “Facebook” şirkəti xəbər jurnalistikasının inkişafına yönələn layihələrə