12px13px15px17px
Tarix:28/09/12

“iPhone” corab axtaracaq?! (VİDEO)

İsveçrənin “BlackSocks” şirkəti “RFID” tezlikli çiplə təchiz edilmiş yeni corab seriyası istehsal edib. Beləliklə, bu, corablarını tez-tez itirən istehlakçılara yardımçı olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “ruvr.ru” saytına istinadən  bildirir ki, corabların üzərində, həmçinin müəyyən cüt corabları “tanıya” bilən xüsusi qurğu təklif edilir. Bu xüsusi qurğunu “Bluetooth” vasitəsilə “iPhone” smartfonuna qoşmaq olar.

Xüsusi qurğu yalnız müəyyən cüt corabları seçməyi deyil, həm də onun tərkibini, yuyulma sayını və ilkin istehsal tarixini göstərmək iqtidarındadır.Xüsusi qurğu ilə 10 cüt pambıq corabın qiyməti 159 avroya bərabərdir. Şirkət hələ ki qara corablar istehsal edir.






 
EMİL




Baxış sayı: 1147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024