12px13px15px17px
Tarix:29/09/12

BMT İP və Azərbaycan Hökumətinin birgə layihəsi gömrükdə avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasına müsbət təsir edib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi Fikrət Akçura ilə görüşüb. Görüş barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, DGK sədri Aydın Əliyev diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq səfirə bundan sonrakı iş həyatında da müvəffəqiyyətlər arzulayıb, onun Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi kimi fəaliyyətindən razılığını bildirib.

Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən və  bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.


HƏQİQƏT




Baxış sayı: 937

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024