Tarix:02/10/12
Layihə barədə “ICTnews” elektron xəbər xidmətinə məlumat verən nazirliyin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin (VÖXİ) əməkdaşı Arif Ələkbər bildirib ki, VN son illərdə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi üçün xeyli tədbirlər həyata keçirib: “Bu tədbirlər sırasında nazirliyin müasir tələblərə cavab verən rəsmi internet səhifəsi, “195” Telefon-məlumat xidmətinin fəaliyyəti, vergi ödəyicisi ilə vergi əməkdaşı arasında elektron əlaqələrin yaradılmasını və s. qeyd etmək olar. Bu tədbirlərlə kifayətlənməyən Vergilər Nazirliyi sosial şəbəkələrin imkanlarından da maksimum faydalanmağa çalışır.
Təxminən 1 il əvvəl “Facebook” sosial şəbəkəsində nazirliyin rəsmi səhifəsinin yaradılması da buna nümunədir”. Hazırda bu səhifənin 7500-dən çox üzvü olduğunu deyən A.Ələkbərin sözlərinə görə, məqsəd vergi ödəyicisinə, vətəndaşa vacib informasiyanı ötürə bilməkdir: “Bu gün internet resurslarının imkanları, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, informasiya mübadiləsi probleminə ciddi təsirini göstərib.
Görünür, bunu nəzərə alan inkişaf etmiş dövlətlər idarəetmə sistemində bu resursların imkanlarından yararlanmağa başlayırlar. Bu proses bizdə geniş vüsət alıb. Hazırda sosial şəbəkə istifadəçilərinin əksəriyyətini gənc nəslin nümayəndələri təşkil edir ki, biz də bu amilə xüsusi önəm verdik. Çünki gənclik daha çox əyləncəli maariflənməyə üstünlük verir. Azərbaycanda internet saytları inkişafa meyillidirlər.
Tarixi, ədəbi, elmi, ictimai-siyasi və s. yönümlü müxtəlif adda internet saytlarına rast gəlmək mümkündür. Bu baxımdan, “Face-Visit”-ə dəvət etdiyimiz tanınmış simalar həm də vergi qanunvericiliyi ilə bağlı konkret məsələ ilə bağlı fikirlərini söyləyir, vergi ödəyicisi olaraq vergi islahatları ilə bağlı şəxsi yanaşmalarını bölüşürlər.
Növbəti qonağımızla bağlı istifadəçiləri səhifəmiz vasitəsilə əvvəlcədən məlumatlandırırıq ki, onlar qonağa maraqlandıqları sualları verə bilsinlər. Beləliklə, həftədə bir dəfə “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəmizdə tanınmış simalarla videoçəkilişlərimizi təqdim etmək qərarına gəldik və ilk qonağımız görkəmli yazıçı Çingiz Abdullayev olub”.
A.Ələkbər qeyd edib ki, “Face-Visit”-in bütün buraxılışları VN-in “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdiriləcək. Buraya həm birbaşa ünvan (facebook.com/vergiler ), həm də Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) üst panelindəki xüsusi “Facebook” keçidi vasitəsilə daxil olmaq mümkündür: “Düşünürük ki, “Facebook” səhifəmizdə Vergi Məcəlləsinin səsləndirilmiş versiyasını hazırlayaq, eləcə də cəmiyyət üçün maraqlı strateji suallara peşəkar cavabların audio və video cavablarından ibarət süjetləri ərsəyə gətirək”.
Həqiqət İSABALAYEVA
“Face-Visit” adlı yeni layihəyə start verilib
Vergilər Nazirliyi (VN) “Facebook” sosial şəbəkəsində yaradılmış rəsmi səhifəsində vergi ödəyiciləri, eləcə də ümumilikdə internet istifadəçilərinin marağını təmin etmək üçün “Face-Visit” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində ölkənin tanınmış şəxsləri ilə görüntülü ünsiyyətin hazırlanması və səhifədə yayımlanması təmin edilir.Layihə barədə “ICTnews” elektron xəbər xidmətinə məlumat verən nazirliyin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin (VÖXİ) əməkdaşı Arif Ələkbər bildirib ki, VN son illərdə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi üçün xeyli tədbirlər həyata keçirib: “Bu tədbirlər sırasında nazirliyin müasir tələblərə cavab verən rəsmi internet səhifəsi, “195” Telefon-məlumat xidmətinin fəaliyyəti, vergi ödəyicisi ilə vergi əməkdaşı arasında elektron əlaqələrin yaradılmasını və s. qeyd etmək olar. Bu tədbirlərlə kifayətlənməyən Vergilər Nazirliyi sosial şəbəkələrin imkanlarından da maksimum faydalanmağa çalışır.
Təxminən 1 il əvvəl “Facebook” sosial şəbəkəsində nazirliyin rəsmi səhifəsinin yaradılması da buna nümunədir”. Hazırda bu səhifənin 7500-dən çox üzvü olduğunu deyən A.Ələkbərin sözlərinə görə, məqsəd vergi ödəyicisinə, vətəndaşa vacib informasiyanı ötürə bilməkdir: “Bu gün internet resurslarının imkanları, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, informasiya mübadiləsi probleminə ciddi təsirini göstərib.
Görünür, bunu nəzərə alan inkişaf etmiş dövlətlər idarəetmə sistemində bu resursların imkanlarından yararlanmağa başlayırlar. Bu proses bizdə geniş vüsət alıb. Hazırda sosial şəbəkə istifadəçilərinin əksəriyyətini gənc nəslin nümayəndələri təşkil edir ki, biz də bu amilə xüsusi önəm verdik. Çünki gənclik daha çox əyləncəli maariflənməyə üstünlük verir. Azərbaycanda internet saytları inkişafa meyillidirlər.
Tarixi, ədəbi, elmi, ictimai-siyasi və s. yönümlü müxtəlif adda internet saytlarına rast gəlmək mümkündür. Bu baxımdan, “Face-Visit”-ə dəvət etdiyimiz tanınmış simalar həm də vergi qanunvericiliyi ilə bağlı konkret məsələ ilə bağlı fikirlərini söyləyir, vergi ödəyicisi olaraq vergi islahatları ilə bağlı şəxsi yanaşmalarını bölüşürlər.
Növbəti qonağımızla bağlı istifadəçiləri səhifəmiz vasitəsilə əvvəlcədən məlumatlandırırıq ki, onlar qonağa maraqlandıqları sualları verə bilsinlər. Beləliklə, həftədə bir dəfə “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəmizdə tanınmış simalarla videoçəkilişlərimizi təqdim etmək qərarına gəldik və ilk qonağımız görkəmli yazıçı Çingiz Abdullayev olub”.
A.Ələkbər qeyd edib ki, “Face-Visit”-in bütün buraxılışları VN-in “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdiriləcək. Buraya həm birbaşa ünvan (facebook.com/vergiler ), həm də Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) üst panelindəki xüsusi “Facebook” keçidi vasitəsilə daxil olmaq mümkündür: “Düşünürük ki, “Facebook” səhifəmizdə Vergi Məcəlləsinin səsləndirilmiş versiyasını hazırlayaq, eləcə də cəmiyyət üçün maraqlı strateji suallara peşəkar cavabların audio və video cavablarından ibarət süjetləri ərsəyə gətirək”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 973
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet