12px13px15px17px
Tarix:04/10/12

Barak və Mişel Obama bir-birini “Twitter” vasitəsilə təbrik edib

ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişel Obamanı toylarının 20-ci ildönümü ilə əlaqədar “Twitter” vasitəsilə təbrik edib. Obama yazıb: "Mən 20 il bundan əvvəl həyatımın sevgisi ilə evləndim. Təbrik edirəm, Mişel!" (" Twenty years ago today, I married the love of my life and my best friend. Happy anniversary, Michelle")

Bundan əlavə, Obama toy fotosunu da dərc edib.Prezidentin xanımı, həmçinin onu təbrik edib: "Mən də səni təbrik edirəm, Barak! Hər gün inanılmaz tərəfdaş, dost və ata olaraq qaldığına görə sənə təşəkkür edirəm. Mən səni sevirəm!" (" Happy 20th anniversary, Barack. Thank you for being an incredible partner, friend, and father every day. I love you!").

Qeyd edək ki, Barak və Mişel Obama 1992-ci il oktyabrın 3-də evlənib. İki övladları var.
Barak Obama 2008-ci ildə ABŞ-ın prezidenti seçilib.



 
EMİL




Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024