Tarix:06/10/12
Malların keyfiyyət xüsusiyyətləri müvafiq standartlara uyğun gəlmirsə...
ASİHMDX-dən qeyd edilib ki, əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür: “İstehlakçı olaraq ticarət obyektinə daxil olarkən birinci növbədə eyni profilli ev əşyalarını marka və çeşidinə görə müqayisə edin. Apardığınız müqayisələrdən sonra ehtiyacınıza ən uyğun olanları seçin. Düzgün seçim etdiyiniz təqdirdə ehtiyacınıza tam olaraq uyğun gəlməyən əşya almayacaq, eyni zamanda sizə lazım olmayan funksiyalara malik daha bahalı əşyaya artıq pul ödəməyərək büdcənizə qənaət etmiş olacaqsınız”.
Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki...
Dövlət Xidməti seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənməyi tövsiyə edir: “Bilin ki, bu, mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır.
Zəruri informasiya dedikdə malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, bu, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür”.
Yeni texnologiyalara görə hazırlanaraq bazara çıxarılan malların zəmanət talonu tələb edilməlidir
Bundan əlavə, ASİHMDX yeni texnologiyalara görə hazırlanaraq bazara çıxarılan və zəmanətlə satılan elektrik ev əşyaları alarkən onların zəmanət talonunun tələb edilməsini vacib sayır: “Orada göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmasına çalışın. Nəzərə alın ki, bu malların texniki pasportu və istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, qulluğu və təmizlənməsi asan olmalıdır.
Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını öyrənin, az enerji sərfiyyatlı ev əşyalarına üstünlük verin. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır”.
Ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır
Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə, həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalı, ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır: “İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. İstehlakçıların nəzərinə çatdırmaq istəyirik ki, bu malları alarkən diqqətli olun, alqı-satqını müqavilə əsasında həyata keçirin. Eyni zamanda zəmanət müddəti daha çox olan mallara üstünlük verin. Bu məsələlər nəzərə alındığı təqdirdə gələcəkdə pozulmuş hüquqlarınızın təmin olunması mümkündür və bu məqsədlə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz”.
Həqiqət İSABALAYEVA
Elektron ev əşyaları alarkən nəyə diqqət yetirilməlidir?
Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayət qədər çətindir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən (ASİHMDX) “Rabitə dünyası”na bildirilib ki, üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik, o cümlədən elektron avadanlıqlarının satışı və istifadəsi istehlakçıların həyatı və təhlükəsizliyi baxımından yolverilməzdir: “İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yarada bilər. Ona görə də bu avadanlıqları alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi məlumatların istehlakçıların nəzərinə çatdırılmasını zəruri hesab edirik. Bildiyimiz kimi, hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır”.Malların keyfiyyət xüsusiyyətləri müvafiq standartlara uyğun gəlmirsə...
ASİHMDX-dən qeyd edilib ki, əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür: “İstehlakçı olaraq ticarət obyektinə daxil olarkən birinci növbədə eyni profilli ev əşyalarını marka və çeşidinə görə müqayisə edin. Apardığınız müqayisələrdən sonra ehtiyacınıza ən uyğun olanları seçin. Düzgün seçim etdiyiniz təqdirdə ehtiyacınıza tam olaraq uyğun gəlməyən əşya almayacaq, eyni zamanda sizə lazım olmayan funksiyalara malik daha bahalı əşyaya artıq pul ödəməyərək büdcənizə qənaət etmiş olacaqsınız”.
Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki...
Dövlət Xidməti seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənməyi tövsiyə edir: “Bilin ki, bu, mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır.
Zəruri informasiya dedikdə malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, bu, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür”.
Yeni texnologiyalara görə hazırlanaraq bazara çıxarılan malların zəmanət talonu tələb edilməlidir
Bundan əlavə, ASİHMDX yeni texnologiyalara görə hazırlanaraq bazara çıxarılan və zəmanətlə satılan elektrik ev əşyaları alarkən onların zəmanət talonunun tələb edilməsini vacib sayır: “Orada göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmasına çalışın. Nəzərə alın ki, bu malların texniki pasportu və istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, qulluğu və təmizlənməsi asan olmalıdır.
Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını öyrənin, az enerji sərfiyyatlı ev əşyalarına üstünlük verin. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır”.
Ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır
Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə, həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalı, ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır: “İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. İstehlakçıların nəzərinə çatdırmaq istəyirik ki, bu malları alarkən diqqətli olun, alqı-satqını müqavilə əsasında həyata keçirin. Eyni zamanda zəmanət müddəti daha çox olan mallara üstünlük verin. Bu məsələlər nəzərə alındığı təqdirdə gələcəkdə pozulmuş hüquqlarınızın təmin olunması mümkündür və bu məqsədlə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı