Tarix:08/10/12
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Thermite" robotu məsafədən idarə olunur və alova olduqca çox yaxınlaşa bilər. Robot yanğın nasosu ilə təchiz edilib və su sisterni ilə şlanqla birləşdirilib.
"Thermite" hər şeydən əvvəl yanacağın alışması və ya kimya və nüvə materiallarının sızması kimi ekstremal yanğınlar üçün nəzərdə tutulub. "Thermite" robot tankı "Bulldog RS-1" xüsusi yük maşını vasitəsilə daşınır. Maşın 3800 litr həcmində su çəni ilə təchiz edilib.
ABŞ-da yanğın söndürən maşınlar çox yüksək xüsusiyyətlərə malik olmalıdır. Buna görə də yanğın söndürən maşınlar əllə yığılır və qiyməti 800 min dollar təşkil edir. Lakin "Bulldog RS-1" yük maşını və "Thermite" robotunun bir dəsti 400 min dollara başa gəlir və imkanlarına görə standart yanğın söndürmə texnikasını üstələyir. Bundan əlavə, robotlardan istifadə etdikdə insanlar üçün risk mühüm dərəcədə azalır.
Yanğınsöndürənləri robot tanklar əvəz edəcək (VİDEO)
ABŞ-da bir neçə aydan sonra birinci robot yanğınsöndürənlər işə salınacaq. "Howe and Howe Technologies" şirkətinin kiçik "Thermite" yanğınsöndürənləri insanları əvəz edəcəklər."ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Thermite" robotu məsafədən idarə olunur və alova olduqca çox yaxınlaşa bilər. Robot yanğın nasosu ilə təchiz edilib və su sisterni ilə şlanqla birləşdirilib.
"Thermite" hər şeydən əvvəl yanacağın alışması və ya kimya və nüvə materiallarının sızması kimi ekstremal yanğınlar üçün nəzərdə tutulub. "Thermite" robot tankı "Bulldog RS-1" xüsusi yük maşını vasitəsilə daşınır. Maşın 3800 litr həcmində su çəni ilə təchiz edilib.
ABŞ-da yanğın söndürən maşınlar çox yüksək xüsusiyyətlərə malik olmalıdır. Buna görə də yanğın söndürən maşınlar əllə yığılır və qiyməti 800 min dollar təşkil edir. Lakin "Bulldog RS-1" yük maşını və "Thermite" robotunun bir dəsti 400 min dollara başa gəlir və imkanlarına görə standart yanğın söndürmə texnikasını üstələyir. Bundan əlavə, robotlardan istifadə etdikdə insanlar üçün risk mühüm dərəcədə azalır.
Baxış sayı: 875
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet