Tarix:08/10/12
Qaydalara edilən əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda POS-terminalların quraşdırılması prosesi 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, başqa rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılmalıdır.
Ölkənin bütün kənd və qəsəbələrində POS-terminallar 2015-ci ilin sonunadək quraşdırılmalıdır.
Qaydalarda göstərilir ki, ərazisindən asılı olmayaraq vergilərin, dövlət rüsumları və ödəmələrinin qəbul edildiyi bütün dövlət orqanlarında POS-terminallar 2013-cü ildə quraşdırılmalıdır.
POS-terminalların quraşdırılması ƏDV ödəyiciləri olan bütün təsərrüfat subyektləri (obyektləri), rüb üzrə orta aylıq dövriyyəsi iki min manatı ötən vergiödəyicilər, hüquqi şəxslərə və fərdi sahibkarlara aid olan minik avtomobilləri vasitəsi ilə sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri, vergilərin, dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları üçün məcburi hesab edilir.
Təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyata alındığı andan, dövriyyədən və ərazidən asılı olmayaraq, POS-terminallar, həmçinin mebel və avtomobillərin satışı üzrə ixtisaslaşdırılmış müəssisələrdə, idman-sağlamlıq komplekslərində, səhiyyə, asudə vaxt və əyləncə obyektlərində, mehmanxanalarda, şadlıq evlərində, yanacaqdoldurma məntəqələrində, turizm şirkətlərində və bütün nəqliyyat növlərinin (hava, dəmir yolu, su və avtomobil nəqliyyatı) sərnişinləri üçün biletlərin satışı məntəqələrində quraşdırılmalıdır.
2012-ci il avqustun 1-nə ölkədə POS-terminalların sayı 36523 ədəd təşkil edir ki, bunların 33 340 ədədi Bakıda, 3 183 ədədi isə başqa şəhər və rayonlarda yerləşir. Onların sayı 2011-ci ilin iyulundan 25 251 ədəd, yaxud 3,24 dəfə artıb.
Müqayisə üçün deyək ki, 2010-cu il yanvarın 1-də ölkədə 8,657 min, 2009-cu il yanvarın 1-də 8,124 min, 2008-ci il yanvarın 1-də 5,309 min, 2007-ci il yanvarın 1-də 2,070 min ədəd POS-terminal olub.
RƏVAN
Azərbaycanda POS-terminalların quraşdırılması prosesi 2016-cı ilədək başa çatdırılmalıdır
Azərbaycanda POS-terminalların quraşdırılması prosesi 2016-cı ilədək başa çatdırılmalıdır. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və və tətbiqi Qaydaları"nda deyilir.Qaydalara edilən əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda POS-terminalların quraşdırılması prosesi 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, başqa rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılmalıdır.
Ölkənin bütün kənd və qəsəbələrində POS-terminallar 2015-ci ilin sonunadək quraşdırılmalıdır.
Qaydalarda göstərilir ki, ərazisindən asılı olmayaraq vergilərin, dövlət rüsumları və ödəmələrinin qəbul edildiyi bütün dövlət orqanlarında POS-terminallar 2013-cü ildə quraşdırılmalıdır.
POS-terminalların quraşdırılması ƏDV ödəyiciləri olan bütün təsərrüfat subyektləri (obyektləri), rüb üzrə orta aylıq dövriyyəsi iki min manatı ötən vergiödəyicilər, hüquqi şəxslərə və fərdi sahibkarlara aid olan minik avtomobilləri vasitəsi ilə sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri, vergilərin, dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları üçün məcburi hesab edilir.
Təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyata alındığı andan, dövriyyədən və ərazidən asılı olmayaraq, POS-terminallar, həmçinin mebel və avtomobillərin satışı üzrə ixtisaslaşdırılmış müəssisələrdə, idman-sağlamlıq komplekslərində, səhiyyə, asudə vaxt və əyləncə obyektlərində, mehmanxanalarda, şadlıq evlərində, yanacaqdoldurma məntəqələrində, turizm şirkətlərində və bütün nəqliyyat növlərinin (hava, dəmir yolu, su və avtomobil nəqliyyatı) sərnişinləri üçün biletlərin satışı məntəqələrində quraşdırılmalıdır.
2012-ci il avqustun 1-nə ölkədə POS-terminalların sayı 36523 ədəd təşkil edir ki, bunların 33 340 ədədi Bakıda, 3 183 ədədi isə başqa şəhər və rayonlarda yerləşir. Onların sayı 2011-ci ilin iyulundan 25 251 ədəd, yaxud 3,24 dəfə artıb.
Müqayisə üçün deyək ki, 2010-cu il yanvarın 1-də ölkədə 8,657 min, 2009-cu il yanvarın 1-də 8,124 min, 2008-ci il yanvarın 1-də 5,309 min, 2007-ci il yanvarın 1-də 2,070 min ədəd POS-terminal olub.
RƏVAN
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet