12px13px15px17px
Tarix:08/10/12

“YouTube” televizoru əvəz etməyi planlaşdırır

“YouTube”-da yüksək keyfiyyətli məzmun tapmağın çətin olduğu sirr deyil. Videohostinqin sahibi “Google” bu problemlə ötən il məşğul oldu: şirkət xüsusi materiallara malik ixtisaslaşdırılmış kanalların yaradılmasına 10 milyonlarla dollar xərclədi.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, internet-nəhəng hazırda daha bir addım atmağa hazırlaşır. “Google” 2011-ci ildə təqdim etdiyi 100 kanala tezliklə daha 50 kanal əlavə edəcək, həmçinin yayım Fransa, Almaniya və Böyük Britaniya ərazilərini əhatə edəcək. Şirkət televiziya ilə rəqabətin yeni mərhələsinə 200 milyon dollar xərcləmək istəyir.

Yeni kanallar pulsuz olacaq, “Google” öz teleşou və seriallarının hazırlanmasına sərf etdiyi xərcləri reklamın hesabına geri qaytarmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, şirkətin 25 ən populyar kanalını həftədə 1 milyondan çox insan izləyir.“Google” zamanla hər bir istifadəçinin “YouTube”-da keyfiyyətli məzmuna malik kanal tapacağından əmindir.


EMİL




Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024