12px13px15px17px
Tarix:09/10/12

“Windows Store”-də 2013-cü ilin yanvarınadək 100 min tətbiq yerləşdiriləcək

"Microsoft"un ABŞ-da satış və marketinq üzrə vitse-prezidenti Kit Lorisio "Beet.tv"-yə verdiyi müsahibəsində bildirib ki, 2013-cü ilin yanvarınadək "Windows 8" və "Windows RT" sistemləri üçün proqram təminatı internet-kataloqunda təxminən 100 min tətbiq yerləşdiriləcək.

Hazırda bu kataloqda "Metro" interfeysi dəstəkləyən 3000-dən çox tətbiq mövcuddur, lakin Lorisio əmindir ki, əməliyyat sistemlərinin (ƏS) relizindən sonrakı 90 gün ərzində kataloqda yerləşdirilən tətbiqlərin sayı 100 mini ötəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Windows 8" və "Windows RT" ƏS-nin relizi oktyabrın 25-nə gözlənilir.




 
EMİL




Baxış sayı: 1332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024