Tarix:09/10/12
İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya" barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, metodologiya Azərbaycan şirkətləri tərəfindən Korporativ Standartların tətbiqinin genişləndirilməsi, korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.
Metodologiyanın hazırlanmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korporativ İdarəetmə Prinsipləri və Azərbaycan Korporativ İdarəetmə Standartları əsas götürülüb. Sənəddə aidiyyəti dövlət qurumlarının, Beynəlxalq Maliyyə Korporasiyasının, Qlobal Korporativ İdarəetmə Forumunun, ekspertlərin rəy və təklifləri nəzərə alınıb.
Metodologiya şirkətlərdə Korporativ İdarəetmə Standartlarının tətbiqi səviyyəsinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Sənəd həmçinin, şirkətlərdə qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, şirkətlərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında əhəmiyyətli olacaq.
Tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya üzrə Korporativ İdarəetmə Proqramı üzrə meneceri Oliver Orton, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman, Almaniyanın Korporativ İdarəetmə Komissiyasının və Qlobal Korporativ İdarəetmə Forumunun Özəl Sektor üzrə Məsləhət Xidmətləri Qrupunun üzvü Kristian Strenger çıxış edərək yerli şirkətlərdə "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya"nın tətbiqinin əhəmiyyətindən danışıblar.
RƏVAN
"Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya"nın təqdimatı keçirilib
Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya"nın təqdimatı keçirilib.Tədbirdə korporativ idarəetmə sahəsində beynəlxalq ekspertlər, İqtisadi İnkişaf Nazirliyinin, aidiyyəti dövlət qurumlarının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının, beynəlxalq təşkilatların nümayəndələri və 20-yə yaxın sahibkar iştirak edib.İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya" barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, metodologiya Azərbaycan şirkətləri tərəfindən Korporativ Standartların tətbiqinin genişləndirilməsi, korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.
Metodologiyanın hazırlanmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korporativ İdarəetmə Prinsipləri və Azərbaycan Korporativ İdarəetmə Standartları əsas götürülüb. Sənəddə aidiyyəti dövlət qurumlarının, Beynəlxalq Maliyyə Korporasiyasının, Qlobal Korporativ İdarəetmə Forumunun, ekspertlərin rəy və təklifləri nəzərə alınıb.
Metodologiya şirkətlərdə Korporativ İdarəetmə Standartlarının tətbiqi səviyyəsinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Sənəd həmçinin, şirkətlərdə qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, şirkətlərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında əhəmiyyətli olacaq.
Tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya üzrə Korporativ İdarəetmə Proqramı üzrə meneceri Oliver Orton, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman, Almaniyanın Korporativ İdarəetmə Komissiyasının və Qlobal Korporativ İdarəetmə Forumunun Özəl Sektor üzrə Məsləhət Xidmətləri Qrupunun üzvü Kristian Strenger çıxış edərək yerli şirkətlərdə "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya"nın tətbiqinin əhəmiyyətindən danışıblar.
RƏVAN
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet