Tarix:09/10/12
Tədbirdə qeyd olunub ki, ərizə və şikayətlərin araşdırılması nəticəsində işlərində ciddi nöqsanlara yol verildiyi aşkar olunan Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, həmçinin kompüter üzrə mütəxəssisi vəzifələrindən azad olunub, direktor müavini vəzifəsindən azad olunaraq aşağı vəzifəyə keçirilib.
Eyni zamanda, vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 2 nəfər və Göyçay rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 1 nəfər baş məsləhətçisi vəzifələrindən azad ediliblər. Astara, Quba, Ağcabədi və Bakının Xəzər rayon ƏSMM-lərində aparılan araşdırmalar nəticəsində aşkar olunan bir sıra nöqsanlar həmin mərkəzlərin direktorlarının diqqətinə çatdırılıb, mərkəzlərin kollektivinə müvafiq əməli köməklik göstərilib.
Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə dair sahələrlə bağlı müraciətlərini ünvanlamaları üçün fəaliyyət göstərən nazirliyin “142 - qaynar xətti”nin fəaliyyəti daha da gücləndirilib və bütün rayon və şəhərlərdə, o cümlədən ƏSMM-lərdə və ictimai yerlərdə “142 - qaynar xətt” plakatları yerləşdirilib.
Vətəndaş müraciətlərinin obyektiv və ədalətli şəkildə araşdırılması, vəzifə borcuna səhlənkar münasibət göstərən əməkdaşların inzibati qaydada cəzalandırılması işlərinin müsbət nəticəsi olaraq, ünvanlı sosial yardımla bağlı daxil olan ərizə və şikayətlərin sayı son üç ay ərzində 30 faiz azalıb.
Tədbirdə bildirilib ki, vətəndaşların onlara ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron şəkildə məlumat ala bilmələri üçün yardım təyin olunan ailələrin siyahısının dəqiqləşdirilməsi işləri yaxın günlərdə başa çatdırılacaq. Bununla əlaqədar olaraq, ünvanlı yardım alan ailələr haqqında elektron məlumat bazasında toplanmış məlumatların düzgünlüyü bir ay müddətində müəyyən ediləcək.
Müşavirədə nazir Füzuli Ələkbərov vətəndaş müraciətlərinin onların özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması, fəaliyyətində nöqsanlara, vətəndaşlarla münasibətlərdə dövlət qulluqçusuna yaraşmayan hallara yol verən əməkdaşlarla əlaqədar qanunauyğun tədbirlərin görülməsi, vətəndaşların ünvanlı yardım almaq üçün müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində baxılaraq cavablandırılmasına nəzarətin artırılması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib.
SEYMUR
Vətəndaşlar ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron formada məlumat alacaqlar
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə nazirlikdə videokonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, müşavirədə F.Ələkbərovun «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2012-ci il 31 may tarixli 5 nömrəli Qərarının icra vəziyyətinə dair» 13 iyul 2012-ci il tarixli 11/7-66 nömrəli Əmrinə əsasən, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasında ciddi nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, habelə vətəndaşların onlara ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron şəkildə məlumat ala bilmələri üçün yardım təyin olunan ailələrin siyahısının dəqiqləşdirilməsi istiqamətində görülən işlər ətraflı təhlil edilib.Tədbirdə qeyd olunub ki, ərizə və şikayətlərin araşdırılması nəticəsində işlərində ciddi nöqsanlara yol verildiyi aşkar olunan Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, həmçinin kompüter üzrə mütəxəssisi vəzifələrindən azad olunub, direktor müavini vəzifəsindən azad olunaraq aşağı vəzifəyə keçirilib.
Eyni zamanda, vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 2 nəfər və Göyçay rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 1 nəfər baş məsləhətçisi vəzifələrindən azad ediliblər. Astara, Quba, Ağcabədi və Bakının Xəzər rayon ƏSMM-lərində aparılan araşdırmalar nəticəsində aşkar olunan bir sıra nöqsanlar həmin mərkəzlərin direktorlarının diqqətinə çatdırılıb, mərkəzlərin kollektivinə müvafiq əməli köməklik göstərilib.
Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə dair sahələrlə bağlı müraciətlərini ünvanlamaları üçün fəaliyyət göstərən nazirliyin “142 - qaynar xətti”nin fəaliyyəti daha da gücləndirilib və bütün rayon və şəhərlərdə, o cümlədən ƏSMM-lərdə və ictimai yerlərdə “142 - qaynar xətt” plakatları yerləşdirilib.
Vətəndaş müraciətlərinin obyektiv və ədalətli şəkildə araşdırılması, vəzifə borcuna səhlənkar münasibət göstərən əməkdaşların inzibati qaydada cəzalandırılması işlərinin müsbət nəticəsi olaraq, ünvanlı sosial yardımla bağlı daxil olan ərizə və şikayətlərin sayı son üç ay ərzində 30 faiz azalıb.
Tədbirdə bildirilib ki, vətəndaşların onlara ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron şəkildə məlumat ala bilmələri üçün yardım təyin olunan ailələrin siyahısının dəqiqləşdirilməsi işləri yaxın günlərdə başa çatdırılacaq. Bununla əlaqədar olaraq, ünvanlı yardım alan ailələr haqqında elektron məlumat bazasında toplanmış məlumatların düzgünlüyü bir ay müddətində müəyyən ediləcək.
Müşavirədə nazir Füzuli Ələkbərov vətəndaş müraciətlərinin onların özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması, fəaliyyətində nöqsanlara, vətəndaşlarla münasibətlərdə dövlət qulluqçusuna yaraşmayan hallara yol verən əməkdaşlarla əlaqədar qanunauyğun tədbirlərin görülməsi, vətəndaşların ünvanlı yardım almaq üçün müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində baxılaraq cavablandırılmasına nəzarətin artırılması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib.
SEYMUR
Baxış sayı: 5076
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet