12px13px15px17px
Tarix:10/10/12

Bakı Metropoliteni innovativ təchizat və kompüter texnologiyalarına söykənən “TMk” dartı təsərrüfat qatarını istismara verib

Bakı Metropolitenində son illərdə istismarda olan avadanlıqların, istehsal vasitələrinin, maşın və mexanizmlərin yenilənməsi istiqamətində işlərə başlanılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Metropolitendən bildirilib ki, bu məqsədlə artıq sentyabr ayının ikinci yarısından yeni təsərrüfat qatarı istismara verilib: “İstehsalçı müəssisə “V.V.Vorovski adına TMZ” ASC maşınqayırma zavodu iyul ayında ən yaxın tərəfdaşlarından biri olan Bakı Metropoliteninin “TMk” dartı təsərrüfat qatarı üzrə sifarişini yerinə yetirib. “TMk” dartı qatarı zavodun ən son texnoloji nailiyyətlərə söykənən məhsuludur.

Ondan müxtəlif platformaların lazım olan yerə çəkilib aparılması, eyni zamanda işçi briqadaların daşınması və müxtəlif səviyyəli digər işlərin görülməsində istifadə etmək olar”. Artıq sınaqdan çıxarılıb ümumi istismara verilmiş qatarın üstün cəhətlərinə gəlincə, ilk növbədə onun innovativ təchizatını və kompüter texnologiyalarına söykənməsini qeyd etmək olar: “Onun dartı qüvvəsi də buna qədər istifadə olunmuş analoqu ilə müqayisədə daha çoxdur.

Qatarın reversiv işi daha səlis və problemsizdir. Bu funksiya daha mükəmməl işlənib və maşinist üçün də rahatdır. Eyni zamanda, maşinist kabinəsi və qatarın plaftorması da keyfiyyətcə fərqli və daha əlverişlidir. O, maili sərt gedişlərdə, metropolitenin xüsusi çətin sahələrində - “Cəfər Cabbarlı - Xətai” mənzili və “Nizami - İnşaatçılar” sahəsində yoxlanılıb və özünü mükəmməl göstərib”.
 
 
HƏQİQƏT




Baxış sayı: 2022

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024