12px13px15px17px
Tarix:15/10/12

Məşhur idmançı səs sürətini ötüb

Feliks Baumhartnerin sürəti sərbəst enişdə səs sürətini ötüb və saatda 1342,8 kilometr təşkil edib. Qeyd edək ki, o, 39,45 min metr məsafədən tullanıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, sərbəst eniş müddəti 4 dəqiqə 20 saniyə davam edib.

Bununla yanaşı, rekord təşkilatçıları bildirirlər ki, bütün məlumatlar Avstriya tərəfinə təqdim ediləcək və bundan sonra son təsbit etmə və sertifikatlaşdırma baş tutacaq. Söhbət üç uğurdan (ən hündür nöqtədən tullanış, sərbəst eniş müddəti və səs sürətini ötmək) gedir.

Baumhartnerin sözlərinə görə, o, uçuş zamanı, demək olar ki, heç nə hiss etməyib və hər hansı rekord haqqında düşünməyib. Mən yalnız Yer kürəsinə sağ qayıtmaq və ailəmi, valideynlərimi görmək barədə düşünürdüm. Mən yalnız ailəm barədə düşünürdüm" – rekordçu öz fikirlərini bölüşüb.

İdmançı etiraf edib ki, o, az qala yastı ştopora (vintvarı xətt üzrə sürətlə başı aşağı enməkdən ibarət yüksək təyyarəçilik üsulu) daxil olacaqdı. "Sərbəst eniş zamanı vəziyyətə nəzarət etmək çox çətindir, bir an hətta mənə elə gəldi ki, ştopora daxil oluram, xoşbəxtlikdən korpusu bərabərləşdirməyi bacardım" - o bildirib.

"Belə hündürlükdəki hisslər gipslənmiş əllə müqayisə edilə bilər, yəni heç nə hiss etmirsən" - o qeyd edib.
O, gözəl işə görə komandasına, həmçinin göstərdiyi səbir və dəstəyə görə ailəsinə təşəkkür edib. Bütün əməliyyata rəhbərlik edən məşqçisi Co Kittinqerə isə dərin təşəkkürünü bildirib.Tullanış son dərəcə uğurlu alınıb. Komandanın həkimi idmançının sağlamlıq vəziyyətini əla qiymətləndirib.
 








EMİL



Baxış sayı: 1096

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024