12px13px15px17px
Tarix:16/10/12

Paytaxtın rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinə başlanılıb

Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması istiqamətində “Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsi başa çatmaq üzrədir.

“Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” işlərinə başlanılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib: “Ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib”.
 
HƏQİQƏT




Baxış sayı: 918

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024