Tarix:17/10/12
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin bəyanatında bəzi məktəblilərin tətildə şirkətin tələbə proqramı üzrə çalışdığı etiraf edilib. Mövcud Çin qanunvericiliyinə əsasən, işədüzəltmə üzrə minimum yaş həddi 16-dır.
Qeyd edək ki, bundan əvvəl qərb hüquq müdafiə təşkilatları dəfələrlə “Foxconn” şirkətini pis əmək şərtləri, həmçinin uşaq əməyindən istifadədə ittiham ediblər. Hazırda “Foxconn” şirkətinə məxsus zavodlarda “Apple”-ın sifarişi üzrə smartfon və planşet quraşdırılması həyata keçirilir. Bununla bərabər “Microsoft”, “Hewlett-Packard” və digər şirkətlərin sifarişləri üzrə həmçinin kompüterlər yığılır.
"Biz bu pozuntulara görə məsuliyyəti dərk edirik və buna görə bütün gənc şəxs və onların valideynlərindən üzr istəyirik. Həddi-büluğa çatmamış şəxsləri işə qəbul edən “Foxconn”un istənilən işçisi bunun üçün məsuliyyət daşıyacaq, həddi-büluğa çatmamış şəxslər isə dərhal işdən çıxarılacaqlar" – “Foxconn” şirkətinin nümayəndələri bildiriblər.
EMİL
“Foxconn” məktəblilərin əməyindən istifadə etdiyini etiraf edib
“Apple” şirkətinin istehsal üzrə əsas tərəfdaşı olan Çinin “Foxconn” şirkəti 14 yaşdan yuxarı yeniyetmələri işə götürdüyünü etiraf edib.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin bəyanatında bəzi məktəblilərin tətildə şirkətin tələbə proqramı üzrə çalışdığı etiraf edilib. Mövcud Çin qanunvericiliyinə əsasən, işədüzəltmə üzrə minimum yaş həddi 16-dır.
Qeyd edək ki, bundan əvvəl qərb hüquq müdafiə təşkilatları dəfələrlə “Foxconn” şirkətini pis əmək şərtləri, həmçinin uşaq əməyindən istifadədə ittiham ediblər. Hazırda “Foxconn” şirkətinə məxsus zavodlarda “Apple”-ın sifarişi üzrə smartfon və planşet quraşdırılması həyata keçirilir. Bununla bərabər “Microsoft”, “Hewlett-Packard” və digər şirkətlərin sifarişləri üzrə həmçinin kompüterlər yığılır.
"Biz bu pozuntulara görə məsuliyyəti dərk edirik və buna görə bütün gənc şəxs və onların valideynlərindən üzr istəyirik. Həddi-büluğa çatmamış şəxsləri işə qəbul edən “Foxconn”un istənilən işçisi bunun üçün məsuliyyət daşıyacaq, həddi-büluğa çatmamış şəxslər isə dərhal işdən çıxarılacaqlar" – “Foxconn” şirkətinin nümayəndələri bildiriblər.
EMİL
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet