12px13px15px17px
Tarix:17/10/12

Kompüter ekranlarının orta ölçüsü artır

"NPD DisplaySearch" mobil kompüterlər istisna olmaqla, elektron qurğuların bütün kateqoriyalarında ekranların orta ölçüsünün artdığını qeyd edib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, stolüstü fərdi kompüterlərdə monitorların ekranının orta diaqonalı 2010-cu illə (19.9 düym) müqayisədə 2012-ci ildə 20,7 düymə qədər artıb. Gələn il bu göstəricinin 20,9 düymə qədər artacağı gözlənilir.
Maye kristal televizor seqmentində 2010-2013-cü illərdə ekranların orta ölçüsü 9 faiz (33,2-dən 36,1 düymə qədər) artacaq. Plazma panellərin diaqonalı 8 faiz (46,3-dən 50 düymə qədər) artacaq.

2010-cu ildə mobil aparatların ekranlarının ölçüsü orta hesabla 2,4 düym təşkil edirdi, 2012-ci ildə isə 3,0 düymə bərabər olub. Gələn  il ekranların orta diaqonalının 3.3 düymə qədər artacağı proqnozlaşdırılır.
Müvafiq dövrdə yığcam mediapleyerlərin ekranlarının ölçüsü 29 faiz (2,8-dən 3,6 düymə qədər) artacaq.
 

 
EMİL



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024