12px13px15px17px
Tarix:19/10/12

Optik nişangah qaçaqmalçılığı ilə bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat başlayıb

Respublikanın gömrük orqanları davamlı olaraq qaçaqmalçılıq və digər gömrük hüquqpozmalarına qarşı effektiv mübarizə aparır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, bu günlərdə Rusiya-Azərbaycan sərhədində "KAMAZ 53212" markalı, M 435 KU 05/AA 7394 05 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı həyata keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, baxış zamanı, avtomaşını idarə edən Rusiya Federasiyası vətəndaşı Kamilov Maqomed Batsiloviç avtomaşında beş çantada geyim əşyaları, ərzaq məhsulları və bir də avtomaşının ehtiyat hissələrinin olduğunu bəyan edib.

Amma baxış zamanı bu çantalarda olan geyim əşyalarının və ərzaq məhsullarının arasından bəyan olunmayan 100 ədəd "Pilad  P 4 x 32 L", 100 ədəd "Pilad P 4 x 32" markalı optik nişangahlar və 198 ədəd optik nişangahların rezin gözlükləri aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
 
HƏQİQƏT




Baxış sayı: 1023

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024