12px13px15px17px
Tarix:20/10/12

Arif İsmayılzadə: “Faydalı qazıntı yataqlarının müasir texnologiyalarla istismar müddətini uzatmaq olar”

“Ölkəmizin bir çox ərazilərində bəzi faydalı qazıntı yataqları artıq öyrənilib, faktiki olaraq, istismar olunub və olunurlar. Həmin mövcud yataqların müasir texnologiyalara əsaslanan daha dərin horizontların perspektivlərini aşkar etməklə istismar müddətlərini uzatmaq və regionun ehtiyatlarını müəyyən dərəcədə ucaltmaq, həm də bəzi təzahürləri yataq səviyyəsinə çatdırmaq mümkündür”.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Haqqında Elmlər Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə AMEA Rəyasət Heyətinin növbəti iclasında səsləndirib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Akademiyadan bildirilib ki, iclasda A.İsmayılzadə “XXI əsrdə Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi perspektivlərinin elmi əsasları” adlı elmi məruzə ilə çıxış edib.

Akademik qeyd edib ki, Azərbaycan ərazisi Böyük və Kiçik Qafqazın struktur zonalarında, həm də Kür çökəkliyinin tektonik inkişaf tarixində müşahidə olunan geodinamik rejimləri əks etdirdiyindən Qafqazın Azərbaycan seqmentini filiz əmələgəlmənin mürəkkəb problemlərinin öyrənilməsi üçün təbii poliqon hesab etməyə əsas verir. Bu prinsip 2006-ci ildə tərtib olunmuş Azərbaycanın 1:500000 miqyaslı geodinamik əsasda geoloji və bu gün təqdim olunan metallogenik xəritələrində öz əksini tapıb: “Bütün bu tədqiqatların dəqiq proqnozlaşdırmaya imkan verən müasir analitik bazaya əsaslanması, filiz yataqlarının istismarının isə təbiətə zərər vurmayan, ekoloji təmiz və müasir texnologiyalar əsasında aparılması vacibdir”.
 
HƏQİQƏT




Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024