Tarix:23/10/12
Eyni zamanda nəqliyyat sahəsində, intellektual nəqliyyat sistemində yeniliklər və innovasiyalar, ekoloji aspektlər və digər mövzularda informasiya mübadiləsi aparılacaq. Bundan başqa təşkil olunacaq sərgidə intellektual nəqliyyat sistemi sahəsində əldə olunmuş müasir texnika və texnologiyalar nümayiş olunacaq.
“Son illər informasiya texnologiyalarının inkişafı dünyada bir çox sahələrin də inkişafına təkan verib. Əvvəlki illər ilə müqayisədə indi artıq informasiya texnologiyalarından istifadə etmək zəruri hal alıb. Bunun üçün ilk növbədə inkişaf, informasiya mübadiləsi, təcrübə əldə etmək lazımdır. Bugünkü konqres də qeyd etdiyim amilləri özündə cəmləşdirən çox yaxşı bir bazadır. Burada ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdən gələn mütəxəssislər iştirak edir və bu, ilk növbədə hər birimiz üçün, ölkələrimiz üçün yeni ideya və ayrıca bir inkişaf deməkdir” – deyə NİİM-in Baş direktoru Elnur Abdullayev bildirib.
Qeyd edək ki, konqresin əsas təşkilatçıları “İTS Europe” və “İTS America”dır.Məlumat üçün bildirək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, 2009-cu ilin aprelindən Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
CAHANGİR
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müasir texnika və texnologiyaların nümayişində iştirak edəcək
Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) oktyabr ayının 22-dən 26-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək 19-cu İntellektual Nəqliyyat Sistemləri Dünya Konqresində iştirak edəcək. “ICTnews” elektron xəbər xidmətinə mərkəzdən verilən məlumata görə, konqresdə şəhərlərin böyüməsi və inkişafı fonunda nəqliyyatın problemləri və onların həlli yolları əsas müzakirə obyekti olacaq.Eyni zamanda nəqliyyat sahəsində, intellektual nəqliyyat sistemində yeniliklər və innovasiyalar, ekoloji aspektlər və digər mövzularda informasiya mübadiləsi aparılacaq. Bundan başqa təşkil olunacaq sərgidə intellektual nəqliyyat sistemi sahəsində əldə olunmuş müasir texnika və texnologiyalar nümayiş olunacaq.
“Son illər informasiya texnologiyalarının inkişafı dünyada bir çox sahələrin də inkişafına təkan verib. Əvvəlki illər ilə müqayisədə indi artıq informasiya texnologiyalarından istifadə etmək zəruri hal alıb. Bunun üçün ilk növbədə inkişaf, informasiya mübadiləsi, təcrübə əldə etmək lazımdır. Bugünkü konqres də qeyd etdiyim amilləri özündə cəmləşdirən çox yaxşı bir bazadır. Burada ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdən gələn mütəxəssislər iştirak edir və bu, ilk növbədə hər birimiz üçün, ölkələrimiz üçün yeni ideya və ayrıca bir inkişaf deməkdir” – deyə NİİM-in Baş direktoru Elnur Abdullayev bildirib.
Qeyd edək ki, konqresin əsas təşkilatçıları “İTS Europe” və “İTS America”dır.Məlumat üçün bildirək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, 2009-cu ilin aprelindən Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
CAHANGİR
Baxış sayı: 1047
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet