12px13px15px17px
Tarix:30/10/12

Yeni proqram təminatı smartfonu baxışla idarə etməyə imkan verəcək (VİDEO)

Danimarkanın “The Eye Tribe” şirkətinin yaratmaq istədiyi orijinal proqram təminatı mobil telefon və planşet kompüterlərdə müxtəlif funksiya və tətbiqləri gözlərin hərəkəti vasitəsilə idarə etməyə imkan verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, yeni proqram təminatı vasitəsilə mobil qurğulardan istifadə daha əlverişli və rahat olacaq. Məsələn, videooyun personajını baxış vasitəsilə idarə etmək mümkün olacaq.

Bu proqram təminatının yaradılması üçün 800 min dollar vəsait ayrılıb. Şirkət texnologiyanı pulsuz olaraq istifadəyə verməyi planlaşdırır, yəni ondan digər şirkətlər də istifadə edə biləcəklər. Beləliklə, layihə uğurlu olduğu halda yeni texnologiya kifayət qədər sürətlə populyarlaşa bilər.




EMİL



Baxış sayı: 1386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024