12px13px15px17px
Tarix:30/10/12

“Win Phone” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

Daha öncə də məlumat verdiyimiz kimi, "Microsoft Azərbaycan", "Nokia" və "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri "MobiTel" şirkətlərinin dəstəyi ilə reallaşan "Hackathon" layihəsi çərçivəsində keçirilən "Win Phone" müsabiqəsinin seçim turu başa çatıb.

Müsabiqə zamanı 8 mobil tətbiq hazırlanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblərin mükafatlandırılma mərasimi 31 oktyabr 2012-ci il saat 10:00-da "Hilton Baku" hotelində keçiriləcək.

Tədbirdə RİTN, "Microsoft", "Nokia", "MobiTel" və digər şirkətlərin nümayəndələri çıxış edəcək. Eləcə də, qaliblər qonaqlara hazırladığı mobil tətbiq haqqında ətraflı məlumat verəcəklər.





Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024