12px13px15px17px
Tarix:30/10/12

Fransa prezidenti “Google” şirkətindən vergi almaqda israrlıdır

Fransa prezidenti Fransua Olland “Google”-un Direktorlar şurasının sədri Erik Şmidtlə görüş zamanı axtarış sisteminə vergi tətbiq edilməsi planını təsdiqləyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, bundan əvvəl Fransanın hakimiyyət orqanları qəzet naşirlərinin dəstəyi ilə xəbərlərə olan istinadların axtarış nəticələrində göstərilməsinə görə vergi tətbiqi arzusunda olduğunu bəyan etmişdi.

“Google” şirkəti isə cavabında Fransanın KİV saytlarına olan istinadları axtarış nəticələrindən silməklə hədələmişdi. Bundan  sonra Erik Şmidtin naşirlərlə danışıq aparmaq üçün Fransaya yola düşdüyü məlum olub.

Görüş zamanı Olland KİV ilə “Google” arasında danışıqların mümkün qədər tez başlayacağına ümid etdiyini ifadə edib. Əks halda isə Fransa axtarış sisteminə vergi tətbiq edilməsi haqqında qanunu qəbul edəcək.

EMİL




Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024