12px13px15px17px
Tarix:31/10/12

"Win Phone" müsabiqəsinin qalibləri müəyyənləşib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və  "Hackathon" layihəsinin təşkilatçılığı, həmçinin "Microsoft Azərbaycan", "Nokia" və "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri "MobiTel" şirkətlərinin dəstəyi ilə  28 sentyabr 2012-ci tarixdə start götürmüş "Win Phone" adlandırılan müsabiqə başa çatdı.

Bu münasibətlə "Hilton" otelində geniş tədbir keçirildi. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov, "Micrososft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, "MobiTel"in kommersiya direktoru Cümşüd Əliyev və layihənin rəhbəri Rəşad Əliyev çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışaraq yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycan dilində, "Windows" platformasında mobil proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdən ibarət olduğunu bildirdilər. Bildirildi ki, "Windows Phone" adlı müsabiqə zamanı iştirakçılar tərəfindən xüsusi olaraq "WindowsPhone 7" mobil əməliyyat sistemi üçün yaradılmış ən yaxşı tətbiqlər aşkar edilib.

Bir ay ərzində gənc proqramçılar yeni biliklər əldə etmək, aktiv və maraqlı insanlarla fikir mübadiləsi aparmaq və sevimli işlə məşğul olaraq asudə vaxt keçirmək imkanı əldə ediblər. Müsabiqə çərçivəsində iştirakçılar "Microsoft" şirkətinin mobil platforması haqqında bir neçə mühazirə dinləyərək mütəxəssis məsləhətlərini əldə etmək imkanı qazanıblar.

Qeyd edək ki, "Hackathon" dünya üzrə məşhur layihədir. Layihə hal-hazırkı praktikaya görə ən maraqlı  İT tədbirlərindən və  Azərbaycanın əsas trendlərindən biridir. Eyni zamanda çıxış edənlər bildirdi ki,  "Windows Phone" müsabiqəsi yalnız maraqlı tətbiqlərin hazırlanması üçün gənc proqramçıları cəlb etmək və onlar haqqında istifadəçilərə məlumat vermək deyil, eləcə də "Microsoft" və "Nokia" şirkətlərinin Azərbaycan mobil proqramçı ekosisteminin inkişafına da bir töhfəsi oldu. Eyni zamanda bu müsabiqə "Microsoft" şirkətinin "Hackathon" layihəsi çərçivəsində keçirdiyi sonuncu yarışma olmadığı vurğulandı.
Yarışmaya iştirakçı olmaq istəyənlər  "http://www.hackathonazerbaijan.org/" saytına daxil olaraq, qeydiyyatdan keçərək layihələrini təqdim ediblər.

 Nəticələrə görə, müsabiqəyə dəstək göstərən bir sıra Azərbaycan İT təşkilat və şirkətləri nümayəndələrindən təşkil edilən münsiflər heyəti qalibləri müəyyən ediblər.

 1-ci yer Elnur Məmmədov, "azerdict.com" internet resursunun bazasından istifadə edərək onlayn tərcüməçi xidməti göstərən "Aztionary" tətbiqinə.
2-ci yer Fərhad Cəbiyev "TwinsLand" oyununa
3-cü yer Rüfət Babakişiyev "ANS-press" xəbər agentliyinin xəbər lentinin yayımının tətbiqinə görə layiq görülüblər.

 Qaliblər "Windows Phone 7"  platforması üzərində işləyən "Nokia Lumia" telefonları ilə mükafatlandırılıblar. Bundan əlavə müsabiqənin bütün iştirakçıları "Micrososft Azərbaycan" və "MobiTel" şirkətindən hədiyyələrlə təmin olundular.

RƏVAN




Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024