Tarix:31/10/12
Komitədən bildirilib ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində (http://www.ilac.org/) də məlumat yerləşdirilib: “İLAC”-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarətdə texniki maneələrin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb.
“İLAC”-a üzvlük milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını da təmin edir. Bununla da akkreditasiya sahəsində təcrübəyə malik ölkələrin imkanlarından istifadə etməklə milli akkreditasiya sisteminin inkişafına stimul yaranır. Dövlət Akkreditasiya Xidməti bundan sonra “İLAC”-ın baş assambleyasının illik iclaslarında, təşkilatın siyasi və texniki məsələlər, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak edəcək”.
Komitədən vurğulanıb ki, Dövlət Akkreditasiya Xidməti “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” respublika prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli fərmanı ilə yaradılıb. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Azərbaycan Respublikasında akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
HƏQİQƏT
Azərbaycanın “İLAC” təşkilatı ilə elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation) təşkilatına müşahidəçi üzv qəbul edilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə komitənin Mətbuat xidmətindən məlumat verilib.Komitədən bildirilib ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində (http://www.ilac.org/) də məlumat yerləşdirilib: “İLAC”-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarətdə texniki maneələrin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb.
“İLAC”-a üzvlük milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını da təmin edir. Bununla da akkreditasiya sahəsində təcrübəyə malik ölkələrin imkanlarından istifadə etməklə milli akkreditasiya sisteminin inkişafına stimul yaranır. Dövlət Akkreditasiya Xidməti bundan sonra “İLAC”-ın baş assambleyasının illik iclaslarında, təşkilatın siyasi və texniki məsələlər, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak edəcək”.
Komitədən vurğulanıb ki, Dövlət Akkreditasiya Xidməti “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” respublika prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli fərmanı ilə yaradılıb. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Azərbaycan Respublikasında akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
HƏQİQƏT
Baxış sayı: 1002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet