12px13px15px17px
Tarix:01/11/12

Windows” əməliyyat sisteminin bazar payı azalır

1 ay ərzində "Windows" əməliyyat sisteminin (ƏS) payı 83,37-dən 81,92 faizə qədər azalıb. Azalma daha çox "Windows XP" və "Vista" ƏS-də müşahidə olunub. "Windows 8" ƏS-nin bazar payı isə 0,3-dən 0,41 faizə qədər artıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Microsoft" platformasının mövqeyini "Mac"  və "Linux" deyil, mobil ƏS-i sıxışdırıb. Belə ki, 1 ay ərzində "iOS" platformasının payı 5,67-dən 6,16 faizə qədər, "Android"-də isə 2-dən 2,82 faizə qədər artıb. "Windows Phone" platformasına gəlincə isə bu ƏS-nin vəziyyəti əvvəlki kimi, 0,06-0,08 faiz aralığında dəyişir.






EMİL



Baxış sayı: 1713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024