12px13px15px17px
Tarix:01/11/12

Yerli bank ilk dəfə olaraq mobil rabitə sahəsində yeniliyə start verib

"Bank of Baku" "Dostlar Klubu"nun üzvləri üçün Azərbaycanda ilk dəfə mobil rabitə sahəsində növbəti yeniliyinə start verib. Artıq "Dostlar Klubu"nun hər üzvü krediti ödəyərkən topladığı bonusların 5-də 1 hissəsini (5 bonus 1 manata bərabərdir) bankda qeydiyyatda olan mobil telefon nömrəsində danışıq vaxtına çevirə bilər. Bunun üçün istənilən gün və saat 8145 nömrəsinə xüsusi SMS göndərmək kifayətdir. İlk öncə balansındakı bonusların miqdarını öyrənmək istəyənlər 8145 nömrəsinə aşağıdakı məzmunlu SMS göndərməlidirlər:

Dost (boşluq) 6 rəqəmli müştəri kodu

Misal: Dost 123456

SMS göndərən müştəriyə "Bank of Baku"dan cavab ismarıcı gələcək. Balansında azı 5 bonus olan şəxs bu bonusları minimum olan 1 manatlıq danışıq vaxtına çevirə bilər.

Balansına bələd olan və azı 5 bonusu olan şəxs bonusunun 5-də 1 hissəsi olan 1 manatlıq danışıq vaxtını yükləmək üçün  6 rəqəmli müştəri kodunu (boşluq) mob (boşluq) 1 rəqəmi SMS ilə göndərməlidir.

Misal: 123456 mob 1

Bonus məbləği daha yüksək olan şəxslər daha çox mobil danışıq vaxtını yükləyə bilərlər. Bunun üçün sadəcə son rəqəmi dəyişdirmək lazımdır.

Misal: 123456 mob 1, 2, 3 və ya 4... və s.

Ölkədəki hər 3 operatorun (Azercell, Bakcell, Nar Mobile) abonentləri bonuslarını mobil danışıq vaxtına çevirə bilər.

"Dostlar Klubu" barədə daha ətraflı məlumatı bankın 145 Məlumat Mərkəzindən və ya sosial şəbəkə səhifəsindən əldə edə bilərsiniz: http://www.facebook.com/Dostlarklubu.



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024