12px13px15px17px
Tarix:02/11/12

Ekologiya İdarəsi yeni lisenziyalı proqram əldə edib

ARDNŞ-in Ekologiya İdarəsinin yerinə yetirdiyi ekoloji layihələrdə Coğrafi Məlumat Sisteminin idarə olunması qrupu tərəfindən ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsinə dair aparılmış monitorinqlərin və analiz nəticələrinin idarə olunan elektron məlumat bazasında yeniləşməsi, dəqiqləşdirilməsi, mütəmadi təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin Ekologiya İdarəsinə istinadən verdiyi məlumata görə, qrupun iş fəaliyyətini yaxşılaşdırmaq və yeni proqramla təmin etmək məqsədilə idarə tərəfindən “ArcGİS10.0”  (4 iş yeri üçün) lisenziyalı proqram alınıb.

Bununla əlaqədar olaraq Ekologiya İdarəsinin Xəzər rayonu Qala qəsəbəsində  yerləşən “Eko-Mərkəz”ində 22-26 oktyabr 2012-ci il tarixlərində  Coğrafi Məlumat Sisteminin idarə olunması qrupunun üzvləri və Ekoloji Tədqiqatlar Ekspedisiyasının ətraf mühitin mühafizəsi üzrə mühəndisləri  üçün “ArcGİS10.0” proqramı üzrə “ESRİ” şirkətinin əməkdaşları Qalina Qluşkova və Boris Naymuşin tərəfindən treninq keçirilib. Treninq “ArcGİS10 Desktop II: Alətlər və funksionallıq, ArcGİS Desktop III: İş prosesi və təhlil” mövzuları üzrə həyata keçirilib. Treninqin nəticəsi olaraq iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

CAHANGİR




Baxış sayı: 1589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024