12px13px15px17px
Tarix:02/11/12

Yaponlar düşüncənin gücü ilə predmetə təsir edəcək qurğu hazırlayıblar

Yaponiyanın “ATR” şirkətində çalışan alimlərin hazırladığı sistem predmetləri düşüncənin gücü ilə idarə etməyə imkan verir. Təqdim olunmuş nümunənin düşüncəni hərəkətə çevirməsinə 6-12 saniyə tələb olunur, lakin tədqiqatçılar bu müddəti 1 saniyəyə qədər azaltmaq niyyətindədirlər. Əmrin yerinə yetirilmə dəqiqliyi hazırda 70-80 faiz təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qurğu naqil və datçiklərlə təchiz edilmiş dəbilqədən ibarətdir. Datçiklər qan sistemindəki ən kiçik dəyişiklikləri və beyin impulslarını “oxuyur”. Təcrübə zamanı düşüncə ilə otaqda televizoru və işığı söndürüb və ya yandırmaq mümkün olub.
Sistemin oxuduğu məlumatlar emal edildikdən sonra əmr təyinatı üzrə xüsusi datçik və naqillərlə təchiz edilmiş idarə olunan predmetə göndərilir.

“ATR” nümayəndələrinin verdiyi məlumata əsasən, şirkət 2020-ci ilə qədər qurğunun ticari istehsalını reallaşdırmaq fikrindədir.

 
EMİL




Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024