12px13px15px17px
Tarix:03/11/12

“Skotç”: yapışqan lent şotlandiyalıların xəsisliyinə görə belə adlandırılıb

İngilis sözü olan "scotch" ilk növbədə "şotlandiyalılar" mənasını ifadə edir. Viskini də belə adlandırırlar. Biz skotç dedikdə isə adətən yapışqan lenti nəzərdə tuturuq.

Qeyd edim ki, skotç şotlandiyalı tərəfindən və ya Şotlandiyada ixtira edilməyib. O, Amerikada yaradılıb və bu hadisə belə olub.1923-cü il Riçard Dryu (Richard G. Drew) adlı gənc şəxs sumbata kağızı istehsal edən şirkətdə işə düzəldi.

O, "Minnesota Mining and Manufacturing" (hazırda korporasiya "3M" adlandırılır) firmasında laboratoriya texniki vəzifəsində çalışırdı. "3M" firmasının tədqiqat bölməsi yeni fəaliyyət növlərini öyrənməyə çalışırdı və sellofanla (sarğı materialı kimi işlənilən şəffaf sellüloz kağız) təcrübə apararaq su keçirməyən örtüklər hazırlayırdı.

Bütün bunlar Riçarda maraqlı gəlirdi, lakin o zaman onu işə götürən mağaza və avtomobil xidmətlərində yeni "Wetordry" adlı sumbata kağızını sınaqdan keçirirdi və ona bu prosesə nəzarət etmək tapşırılmışdı.
Bir dəfə avtomobil emalatxanasında olan Riçard avtomobillərin kuzovlarını rəngləyən ustaların çətinlik çəkdiyini müşahidə etdi: səthini iki və ya daha çox rənglə boyamaq lazım gələn hissələrdə ayırıcı xətlər səliqəsiz alınırdı.
 
Rənglənmiş bir səthin qorunması üçün "Kraft Paper" adlı kağızlardan istifadə edilməsinə baxmayaraq, bu kağızların çıxarılması zamanı onlar rənglə birlikdə qopurdular.

Riçard Dryu rəngsaza bu barədə nəsə fikirləşəcəyinə söz verdi. 1925-ci ildə Riçard həqiqətən bu işçiyə 2 düym (5 sm) enində yapışqan lent gətirdi. Rəngsaz yapışqan lenti iş prosesində yoxlamağa qərar verdi, lakin başqa rəng çəkməyə hazırlaşdıqda Dryunun verdiyi lentin qabardığını müşahidə etdi.





Usta lenti diqqətlə araşdırdıqdan sonra onun yalnız kənar hissələrinin yapışqan olduğunu başa düşdü. Hazırda Riçardın ilk nümunəni qənaət baxımından tamamilə yapışqan hazırlamadığını bildirirlər.

O zamanlar isə Şotlandiya qənaətcilliyi, daha doğrusu, xəsisliyi barədə əfsanələr gəzirdi və hirslənmiş rəngsaz ucadan qışqırmışdı: "Bu lenti şotlandiyalı (Scotch) boslarınıza göndərin və onlara lenti daha yapışqan etmələrini deyin!" "Scotch Tape" adı məhz buradan yaranıb.

Aydındır ki, Riçard Dryunun heç bir şotlandiyalı bossu yox idi. İxtiraçı təcrübələrini davam etdirirdi.
O, bu məqsədlə 1929-cu ilin iyununda 90 metr uzunluğunda sellofan sifariş etdi.

Riçard təkmilləşdirmə prosesində bir çox problemləri (məsələn, yapışqan kütlənin lentin səthi üzrə bərabər paylanması və s.) həll etməli oldu. Bütün bu işlərə təxminən 5 il vaxt sərf olundu və 1930-cu il sentyabrın 8-də "şotlandiya" sellofan lentinin birinci rulonu sınaq üçün Çikaqoda yaşayan müştəriyə göndərildi.
 
Müştərinin cavabı müsbət oldu: "Bu məhsulu arxayınlıqla istehsal edə bilərsiniz. Satış həcmi xərclərin əvəzini çıxaracaq".

Dünyada birinci skotç kauçuk, yağ və qatrandan hazırlanıb. O, su keçirməz idi və geniş temperatur diapazonuna qarşı dayanıqlı idi.
Skotç əvvəlcə qidanı bükmək üçün nəzərdə tutulmuşdu. Onu çörəkçi, baqqal və ət qablaşdırıcıları istifadə etməli idilər.

Lakin Böyük Depressiya dövründə qənaət etmək məcburiyyətində olan insanlar skotçun ev və iş şəraitində tətbiqinin yüzlərlə yeni üsulunu fikirləşdilər. Skotç kitab və sənədlərin cırılmış səhifələrinin, sınmış oyuncaqların və sairin yapışdırılmasında istifadə edildi.

1932-ci ildə "3M" firmasının satış üzrə meneceri Con Barden (John A. Borden) skotç rulonunu "daxili" ülgüclə təchiz etdi və bu, lentdən istifadəni mühüm dərəcədə asanlaşdırdı.

Digər təkmilləşdirmələr, həmçinin çeşid sayının artımı 1945, 1961, 1995 və 1997-ci illərdə baş verdi.
İxtiraçı Riçard Dryunun sonrakı həyatı haqqında məlumat verilmir. Bir mənbəyə görə, o, 96 il (1886 - 1992), digər mənbəyə görə isə 81 il (1899 - 1980) yaşayıb.




Baxış sayı: 996

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024