12px13px15px17px
Tarix:05/11/12

“iPhone” üçün unikal tətbiq hazırladı, 1 milyon dollar qazandı

17 yaşlı britaniyalı məktəbli Nik d'Aloizio “iPhone" smartfonu üçün “Summly” tətbiqinə yeniləmə hazırladığına görə 965 min dollar dəyərində mükafatlandırılıb. Gənc kompüter dahisinin investorları arasında Yoko Ono və ingilis aktyoru Stiven Frey kimi tanınmış şəxslər var.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, birinci versiyası 1 il bundan əvvəl istifadəyə verilmiş tətbiqin unikallığı ondan ibarətdir ki, o, istənilən xəbər materialını 400 simvola qədər təhlil edir, sıxır və strukturlaşdırır və istifadəçiyə yalnız əsas informasiyanı təqdim edir. "Telefonun kiçik ekranında uzun məqalələr oxumaq elə də rahat deyil və buna görə mən belə proqram yaratdım" – d'Aloizio jurnalistlərlə söhbət zamanı qeyd edib.

Qeyd edək ki, tətbiqin birinci versiyası 2011-ci ilin sonunda yaradılıb və 150 min dəfə yüklənib. Honkonqlu biznesmen Li Ka Şinq ona təxminən 300 min dollar dəyərində sərmayə yatırmışdı.


 
EMİL




Baxış sayı: 1878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024