12px13px15px17px
Tarix:07/11/12

“Microsoft” həmtəsisçisi kompüter muzeyi açıb

“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen (Paul Allen) kompüterlərə həsr edilmiş “Living Computer Museum” muzeyi açıb. Muzeydəki eksponatlar hesablama texnikasının inkişaf tarixindən “danışa” bilər və eyni zamanda onlar şüşənin altında gizlədilməyib.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, hər bir ziyarətçi “Living Computer Museum”-də qoyulmuş bütün kompüter detallarına, mikrosxemlərə, çiplərə, kabellərə və digərlərinə toxuna, əlinə götürə və ona baxa bilər. Bu muzey digərlərindən buna görə fərqlənir. Belə ki, digər muzeylərdə eksponatlara toxunmaq ciddi şəkildə qadağan edilib.

Pol Allenin sözlərinə görə, “Living Computer Museum”-in daha bir fərqləndirici xüsusiyyəti ordakı bütün eksponatların işlək vəziyyətdə olmasıdır. Eksponatların işlək vəziyyətdə saxlanılması ilə isə muzeyin xüsusi əməkdaşları məşğul olur. Onlar texnika ilə  ehtiyatlı davranırlar və hətta 35 yaşlı “Radio Shack TRS-80” mikrokompüteri funksiyalarını əvvəlki kimi yerinə yetirə bilər.Xatırladaq ki, bu, Pol Allen tərəfindən açılmış artıq üçüncü muzeydir.

EMİL




Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024