Tarix:08/11/12
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirir. Cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt Su-kanal idarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılıb.
“ICTnews” elektron xəbər xidmətinin “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, ilkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır. Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilib.
Ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunub. Bununla da smart-kart sayğaclarından istifadə edən abunəçilərin sayı 10700-ü ötüb.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.
Xatırladaq ki, cari il iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar verib.
CAHANGİR
Əhali qrupu abunəçiləri üzrə smart-kart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb

Baxış sayı: 1398
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet