12px13px15px17px
Tarix:15/11/12

Qlobal şəbəkədə erotik fotolar yerləşdirməklə "Sendi" qurbanlarına yardımçı olacaq

Amerikalı fotoqraf Kleyton Kubit "Sendi" qasırğasından zərər çəkmişlərə qeyri-adi üsulla kömək etməyə çalışır: o, hər 200 dollarlıq ianəyə görə “Twitter” və “Instagram”dakı hesablarında “#babesofsandy” heş teqi ilə erotik fotolar dərc edir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda fotoqraf 400 dollardan bir qədər çox ianə topladığına görə cəmisi iki ədəd erotik foto dərc edilib.

Qeyd etmək lazımdır ki, ABŞ-da “Sendi” qasırğasından zərər çəkmişlərə vəsait toplamaq geniş miqyasda həyata keçirilir. Xeyriyyəçiliklə yalnız sadə insanlar deyil, həm də “ulduzlar” məşğul olur. Məsələn, Ledi Qaqa “Sendi” qasırğasından zərər çəkmişlərə yardım etmək üçün Amerikanın Qırmızı Xaç Cəmiyyətinin hesabına 1 milyon dollar dəyərində pul köçürüb.



 
EMİL




Baxış sayı: 1060

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024