12px13px15px17px
Tarix:16/11/12

Fikrət Məmmədov: «İlk dəfə olaraq 6 qurumla eyni vaxtda videomüzakirələr aparmağa imkan yaradan videokonfrans telefon sistemi quraşdırılıb»

«Azərbaycanda Dünya Bankı ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi həyata keçirilərək 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb. Yasamal Rayon Məhkəməsinin yeni binası da bu layihə çərçivəsində milli memarlıq üslubunda müasir standartlara uyğun inşa olunub.

Bir sıra yenilikləri ilə fərqlənən binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilib». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri  Fikrət Məmmədov söyləyib.

O bildirib ki, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri avadanlıq quraşdırılıb.

Nazirin sözlərinə görə, zalda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, məhkəmədə ilk dəfə olaraq tətbiq olunan və 6 qurumla eyni vaxtda videomüzakirələr aparmağa imkan yaradan videokonfrans telefon sistemi quraşdırılıb: «Tətbiq olunan müasir texnologiyalar təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir. Açılış zamanı məhz bu texnologiyalardan istifadə olunaraq Bakı İstintaq Təcridxanası, habelə respublikamızın əlavə üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə Şəhəri Nizami Rayon məhkəmələri ilə videobağlantı yaradılıb».

SEYMUR




Baxış sayı: 1044

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024