12px13px15px17px
Tarix:21/11/12

Britaniya muzeyi 60 yaşlı kompüteri yenidən istifadəyə verib

Böyük Britaniyada hesablama texnikası muzeyində noyabrın 20-də “Harwell Dekatron” kompüterini yenidən istismara veriblər. Muzeyin saytında yazılmış məlumata əsasən, kompüterin 61 yaşı var.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Harwell Dekatron” kompüterinin çəkisi 2 tona bərabərdir və hündürlüyü 2 metrdən çoxdur. Proqramlar kağız lentlərdə saxlanılır.
“Harwell Dekatron”un hazırlanmasına 1949-cu ildə başlanılıb. O, 2 ildən sonra hazır idi. Elektron Hesablama Maşınını (EHM) hesablamalar üçün istifadə edirdilər.

Kompüter hesablamaları insanla müqayisədə ləng yerinə yetirirdi: məsələn, iki ədədin bir-birinə vurulması 10 saniyə vaxt alırdı. Lakin o, iş qabiliyyətinə görə insanları üstələyirdi. Belə ki, “Harwell Dekatron” hesablamaları 10 saat ardıcıl olaraq həyata keçirə bilirdi.

1957-ci ildə “Harwell Dekatron” kompüterini köhnəldiyinə görə Vulverhempton şəhərində yerləşən kollecə verdilər. Kollecin müəllimləri EHM-dən tələbələrə proqramlaşdırma öyrətmək üçün istifadə etdilər. “Harwell Dekatron” bu dövrdə “Witch” ləqəbi ilə tanınmağa başlandı.

Kompüter 1973-cü ildən etibarən Birminhemdə yerləşən Elm və Sənaye Muzeyində göstərilirdi. 1997-ci ildə muzey bağlandı və “Harwell Dekatron” kompüterini sökərək anbara yerləşdirdilər. Bundan sonra, onu Bletçli-Parkın əməkdaşı Kevin Mürell (Kevin Murrell) aşkar etdi və 2009-cu ildə könüllü həvəskarlar qrupu ilə  birgə kompüterin bərpasına başladı.
 
EMİL




Baxış sayı: 1084

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024