12px13px15px17px
Tarix:21/11/12

Regional Elmi Mərkəzlərin əməkdaşları İnformasiya Texnologiyaları İnstitutu ilə tanış olublar

Gəncə, Şəki, Lənkəran Regional Elmi mərkəzlərinin, həmçinin AMEA-nın bir sıra institut və təşkilatlarının əməkdaşları İnformasiya Texnologiyaları İnstitutunun "AzScienceNet" Monitorinq və Təhlükəsizlik Xidməti, Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzlərinin fəaliyyəti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar ilə yaxından tanış olublar.

 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İTİ-nin məlumatında deyilir.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov onlara institutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri, son zamanlar həyata keçirilmiş innovativ layihələr haqqında ətraflı məlumat verib. İnstitutda doktorant və dissertantlara informatika fənninin tədrisi məsələlərindən söhbət açaraq, tədqiqatçıların elmi-tədqiqat işlərində yeni texnologiyalardan istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Qonaqlar institutda yaradılmış müasir standartlara cavab verən iş şəraitini, gənc alim və mütəxəssislərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
 
CAHANGİR




Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024