Tarix:21/11/12
Sərgiyə qatılan Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova məlumat verilib ki, burada başlıca məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasion avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və təbliğ etməkdir.
Məlumat üçün bildirək ki, sərgiyə Azərbaycan, İsrail, Türkiyə, Almaniya, Belçika, Fransa və digər ölkələrdən 60 şirkət qatılıb. İlk dəfə olaraq, sərgi çərçivəsində korlanmış dəniz eko-sisteminin bərpası üzrə xüsusi texnologiyalar nümayiş etdirilib.
H.Bağırov Azərbaycanda belə bir sərginin keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, tədbirdə yerli şirkətlərlə yanaşı, xarici təşkilatlar da öz məhsullarını təqdim edir və qarşılıqlı əməkdaşlıq münasibətləri başlayır. Nazirin sözlərinə görə, hər il Bakıda keçirilən bu sərgi ətraf mühit sahəsindəki mövcud vəziyyətdən nə qədər şikayətlənsək də, bir çox işlər görüldüyünü və nailiyyətlərin əldə olunduğunu sübut edir.
SEYMUR
Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasion avadanlıq və texnologiyaların sərgisi keçirilir
Azərbaycan paytaxtında əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasion avadanlıq və texnologiyaların sərgisi keçirilir. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə “Bakı Expo” mərkəzində reallaşan sərgi ətraf mühitin mühafizəsinə həsr olunmuş 3-cü beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” (CTE 2012) adlanır.Sərgiyə qatılan Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova məlumat verilib ki, burada başlıca məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasion avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və təbliğ etməkdir.
Məlumat üçün bildirək ki, sərgiyə Azərbaycan, İsrail, Türkiyə, Almaniya, Belçika, Fransa və digər ölkələrdən 60 şirkət qatılıb. İlk dəfə olaraq, sərgi çərçivəsində korlanmış dəniz eko-sisteminin bərpası üzrə xüsusi texnologiyalar nümayiş etdirilib.
H.Bağırov Azərbaycanda belə bir sərginin keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, tədbirdə yerli şirkətlərlə yanaşı, xarici təşkilatlar da öz məhsullarını təqdim edir və qarşılıqlı əməkdaşlıq münasibətləri başlayır. Nazirin sözlərinə görə, hər il Bakıda keçirilən bu sərgi ətraf mühit sahəsindəki mövcud vəziyyətdən nə qədər şikayətlənsək də, bir çox işlər görüldüyünü və nailiyyətlərin əldə olunduğunu sübut edir.
SEYMUR
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet