12px13px15px17px
Tarix:22/11/12

“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemini piratlara hədiyyə edib

Piratlar “Windows 8” əməliyyat sistemini (ƏS) hələ avqustun əvvəlində açıq girişdə yerləşdiriblər. Piratlar o zamandan etibarən  aktivləşdirmə prosesini “sındırmaq” üzərində baş sındırırdılar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ən sadə həll kimi “Key Management Services” (KMS) kənar serverlərinin axtarışı hesab olunurdu. Bu metod vasitəsilə   180 gün müddətində işləyən açar əldə etmək mümkündür. Lakin bu metodun çatışmazlığı ondan ibarətdir ki, hər 6 aydan bir aktivləşdirmə prosesini yenidən keçmək lazımdır.

Lakin “Microsoft” səhvən piratlara kömək edib. Belə ki şirkətin saytından “Windows Media Center” (WMC) media oxuducusunu əməliyyat sisteminin pirat surətinə yükləməklə problemi həll etmək mümkündür.

Beləliklə, artıq piratlar torrentdən “Windows 8 Pro” əməliyyat sisteminin qanunsuz surətini yükləyərək onu “KMS” vasitəsilə müvəqqəti aktivləşdirə və pulsuz “WMC” quraşdırmaqla “Microsoft”-dan lisenziya açarı əldə bilərlər.
 
EMİL




Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024