Tarix:24/11/12
Kitabxananın direktoru Kərim Tahirov professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun zəngin yaradıcılığından danışaraq qeyd edib ki, bəstəkar Azərbaycan musiqisinin inkişafında yeni mərhələ açmış, əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur: "Fikrət Əmirovun əsərləri dünyanın müxtəlif ölkələrində səslənir, bu əsərlər sayəsində musiqimiz dünya miqyasında təbliğ olunur. Onun musiqisinə milli ruh əbədi olaraq hopub. Buna görə də əsərlərində janrından asılı olmayaraq daima millilik hiss olunur".Direktor Milli Kitabxananın Fikrət Əmirovla bağlı hazırladığı elektron məlumat bazasının dahi sənətkarın yubileyinə töhfə olduğunu qeyd edib.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli musiqi xadimlərinin irsinin təbliğində Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirib: "İllər keçsə də, biz Fikrət Əmirovun əsərlərinin çox təravətli və müasir səsləndiyini görürük. Çünki o, muğam sənətini gözəl bilirdi və yaratdığı simfonik muğamlar buna bariz nümunədir.
Dünyanın qabaqcıl musiqiçiləri onun pərəstişkarları olub. O, bir çox janrlarda möhtəşəm əsərlər yazıb. Sənətkarın piano əsərləri, prelüdləri, baletləri olduqca yaddaqalandır. Bəziləri yanlış olaraq "Şur", "Kürd-Ovşarı" simfonik muğamlarını aranjiman hesab edirlər. Onlar tamamilə yeni əsərlərdir, bəstəkar onları orijinal şəkildə yenidən işləyib və yeni janrda dünyaya təqdim edib".
Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan "Fikrət Əmirov - 90" elektron məlumat bazası təqdim edilib. İştirakçılar bəstəkarın həyat və yaradıcılığından bəhs edən kitab sərgisi ilə də tanış olublar.
SEYMUR
Böyük bəstəkara həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub
Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 90 illiyi münasibətilə hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbir M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında reallaşıb.Kitabxananın direktoru Kərim Tahirov professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun zəngin yaradıcılığından danışaraq qeyd edib ki, bəstəkar Azərbaycan musiqisinin inkişafında yeni mərhələ açmış, əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur: "Fikrət Əmirovun əsərləri dünyanın müxtəlif ölkələrində səslənir, bu əsərlər sayəsində musiqimiz dünya miqyasında təbliğ olunur. Onun musiqisinə milli ruh əbədi olaraq hopub. Buna görə də əsərlərində janrından asılı olmayaraq daima millilik hiss olunur".Direktor Milli Kitabxananın Fikrət Əmirovla bağlı hazırladığı elektron məlumat bazasının dahi sənətkarın yubileyinə töhfə olduğunu qeyd edib.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli musiqi xadimlərinin irsinin təbliğində Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirib: "İllər keçsə də, biz Fikrət Əmirovun əsərlərinin çox təravətli və müasir səsləndiyini görürük. Çünki o, muğam sənətini gözəl bilirdi və yaratdığı simfonik muğamlar buna bariz nümunədir.
Dünyanın qabaqcıl musiqiçiləri onun pərəstişkarları olub. O, bir çox janrlarda möhtəşəm əsərlər yazıb. Sənətkarın piano əsərləri, prelüdləri, baletləri olduqca yaddaqalandır. Bəziləri yanlış olaraq "Şur", "Kürd-Ovşarı" simfonik muğamlarını aranjiman hesab edirlər. Onlar tamamilə yeni əsərlərdir, bəstəkar onları orijinal şəkildə yenidən işləyib və yeni janrda dünyaya təqdim edib".
Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan "Fikrət Əmirov - 90" elektron məlumat bazası təqdim edilib. İştirakçılar bəstəkarın həyat və yaradıcılığından bəhs edən kitab sərgisi ilə də tanış olublar.
SEYMUR
Baxış sayı: 1089
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet