12px13px15px17px
Tarix:26/11/12

“Apple-1” kompüteri rekord qiymətə satılıb

Almaniyanın Köln şəhərində keçirilmiş hərracda Amerikanın "Apple" şirkətinin birinci məhsullarından biri "Apple-1" fərdi kompüteri (FK) 400 min dollara satılıb. Hərrac evinin nümayəndəsi bildirib ki, alıcı adının gizli saxlanılmasını istəyib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Apple-1" kompüterinin qiyməti 666,66 dollar təşkil edib. Satış üçün cəmisi 200 belə qurğu yığılmışdı. Hazırda dünyada işlək vəziyyətdə 6 belə kompüter mövcuddur. Artıq onlardan biri də Kölndə keçirilmiş hərracda satıldı.

Satılmış kompüter ekran, klaviatura, verilənlərin saxlanılması üçün kaset maqnitofonu və "qida" bloku ilə təchiz edilib.

Məlumat üçün bildirək ki, "Apple-1" kompüterlərinin üzərində monitor, korpus verilmirdi, o, yalnız sistem platadan ibarət idi. Qeyd edək ki, 2012-ci ilin iyununda, həmçinin işlək vəziyyətdə olan belə qurğu Nyu-Yorkdakı "Sotbis" hərracında 374 min 500 dollara satılmışdı.

EMİL



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024