12px13px15px17px
Tarix:26/11/12

“HTC Windows phone 8x” artıq Azərbaycanın mobil telefon bazarında

İstifadəçilərin böyük səbirsizliklə gözlədikləri “HTC Windows phone 8x” markalı mobil telefonlar Azərbaycanda satışa çıxarılıb. “Caspian Mobile” şirkətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu yeni mükəmməl texnologiyaya malik telefonları ilkin ödənişsiz ayda 59 manata olmaqla “Baku Elektronics” mağazalarından almaq olar.

“Nokia Lumia 920” və “820” telefonlarına əsas rəqib olan mobil telefonlar alıcıların böyük marağına səbəb olub. “Caspian Mobile” Azərbaycanın mobil telefon bazarına ilk dəfə olaraq “HTC Windows phone 8x” çıxarmaqla böyük dəyişikliklər gətirdi.

Əminliklə demək olar ki, hər zaman oldugu kimi, bu addımla da “HTC Windows phone 8x” timsalında böyük uğurların davamı olacaq. “HTC Windows phone 8x : 8 mp və f/2.0” diaqram aralıgına sahib kamerası ilə diqqət çəkir. Eyni şəkildə 1080p görüntü yaddaşı maraq kəsb edir. Həqiqətən də keyfiyyətli videolar çəkdiyini də rahatlıqla söyləmək olar. “HTC”-nin yaradıcılarının söylədiklərini nəzərə alsaq, özəlliklə tək əllə tutmaq mümkündür və istifadəsi olduqca əlverişlidir.

Bu telefon bütün parametrlərinə görə istifadəçilərə zövq verə biləcək. Əsas özəlliklərindən biri isə onun mavi, qara, sarı, qırmızı rənglərdə olmasıdır. 132x66.2x10.1 uzunlugunda, 130 qram ağırlığında ölçüyə malik olmaqla bütün rəqiblərində qısqanclıq yarada biləcək.

RƏVAN



Baxış sayı: 1096

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Aprel 2020

04 04 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.