Tarix:26/11/12
Məhz həmin tarixdən başlayaraq, hər il noyabrın 26-da dünyada qeyd olunan Ümumdünya İnformasiya Günü informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi tarixin yaddaşına həkk olunub. Belə ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib.
Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib və həmin tədbirdə ənənəvi olaraq, hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.
Rəsmi olaraq isə bu əlamətdar gün 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb və artıq bu gün - Ümumdünya İnformasiya Günü dünyanın bir çox ölkələrində qeyd olunur. Ümumiyyətlə, bəşər tarixində informasiyanın tutduğu mövqeyi açıqlamağa xüsusi ehtiyac yoxdur. Onun əhəmiyyətini anlamaq üçün təkcə "Kim informasiyaya malikdirsə, dünyaya malikdir" fikrini xatırlatmaq yetərlidir.
Tarix boyu müxtəlif mərhələlərdən adlayan informasiyanın rolu XX əsrin ortalarından başlayaraq, sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması bu günün mühüm məsələlərindən birinə çevrilib.
Hazırda informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə geniş nüfuz etməkdədir ki, bunun da nəticəsində bəşəriyyət yeni inkişaf mərhələsinə – informasiya cəmiyyətinin formalaşması dövrünə qədəm qoyub. Hazırda informasiyanın əhəmiyyəti dünya üçün getdikcə daha da artır və əvvəllər hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz yeni texnologiyalar erasında, həmçinin rəqəmli gələcəkdə bu mövqe daha da güclənəcək.
HƏQİQƏT
Bu gün Ümumdünya İnformasiya Günüdür
26 noyabrı "İnformasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi tarixə düşən gün" də adlandırmaq olar. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasiyaloji Parlamentinin təşəbbüsü ilə irəli sürülən Ümumdünya İnformasiya Gününün (World Information Day) 1994-cü ildən etibarən qeyd olunması artır bir ənənə halını alıb.Məhz həmin tarixdən başlayaraq, hər il noyabrın 26-da dünyada qeyd olunan Ümumdünya İnformasiya Günü informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi tarixin yaddaşına həkk olunub. Belə ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib.
Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib və həmin tədbirdə ənənəvi olaraq, hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.
Rəsmi olaraq isə bu əlamətdar gün 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb və artıq bu gün - Ümumdünya İnformasiya Günü dünyanın bir çox ölkələrində qeyd olunur. Ümumiyyətlə, bəşər tarixində informasiyanın tutduğu mövqeyi açıqlamağa xüsusi ehtiyac yoxdur. Onun əhəmiyyətini anlamaq üçün təkcə "Kim informasiyaya malikdirsə, dünyaya malikdir" fikrini xatırlatmaq yetərlidir.
Tarix boyu müxtəlif mərhələlərdən adlayan informasiyanın rolu XX əsrin ortalarından başlayaraq, sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması bu günün mühüm məsələlərindən birinə çevrilib.
Hazırda informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə geniş nüfuz etməkdədir ki, bunun da nəticəsində bəşəriyyət yeni inkişaf mərhələsinə – informasiya cəmiyyətinin formalaşması dövrünə qədəm qoyub. Hazırda informasiyanın əhəmiyyəti dünya üçün getdikcə daha da artır və əvvəllər hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz yeni texnologiyalar erasında, həmçinin rəqəmli gələcəkdə bu mövqe daha da güclənəcək.
HƏQİQƏT
Baxış sayı: 1507
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet